Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşyalar Danışır

Üzeyir Hacıbəylinin əziz
xatirəsinə.

Yolun son mənzili ilkini dandı
Güney bitən yerdən başlanır
quzey
Elə ki, dahinin qəlbi dayandı
Adı-tarix oldu, evi - bir muzey.
Dahinin qələmi, mizi, dəftəri,
Eksponat oldu o gündən bəri.
Bu cansız əşyalar ilkini dandı
İtdi o əvvəlki vəzifələri,
Onlar tamam başqa dəyər
qazandı.
Dahinin gözləri qapanan zaman
Dahinin yerinə onlar dindilər.
Çıxıb adiliyin dar otağından
Qeyri-adilikdə rütbələndilər.
Əşyalar danışır...
Günlər incitək
Xatirə sapına düzülür indi
Əşyalar üfürür...
Sönən bir ürək
Boz külün altından çözülür indi.
Açılır bir ömrün eşqi, məlalı,
Fərəhi, Sevinci gələcək üçün
Böyük bir insanın fikri, xəyalı
Cansız əşyalarda yaşayır bu gün.
Əşyalar danışır hey şirin-şirin
Bu gün dünən ilə üz-üzə
durmuş.
Dahinin əlinə dəyən şeylərin
Ömrü öz ömründən uzun
olurmuş.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Bextiyar Vahabzadə
loading...