Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüstan Poeması(1999)

GÜLÜSTAN
II Hissə
İSTİQLAL
1
Zərurət görmədim təsadüf qədər
Məqsədə yönəlir bu başsız axın.
Məndən rica etdi bir vətənsevər
Yazım davammı mən
"Gülüstan" ın.
Yazmışdım mən onu düz qırx il
qabaq.
O vaxtdan bu yana çox sular
axdı .
Arazın suyunda enib qalxaraq
Ürəkdə bəslənən arzular axdı.
Torpağa düşmədi, apardı yellər
Arzu toxumları sulara düsdü.
Yandı, pörşələndi həsrət könüllər
Yenə bu minvalla illər ötüşdü...
"Gülüstan" adicə haraydı, haydı
Qulaqlar kar olur biz qışqıranda.
Mən onu yazanda şah zamanıydı,
Başqa bir zamandır indi İranda.
Millət qarşılaşdı basqa yasaqla
Cəkdi imtahana böcək, quşları
Üsullar dəyişdi, gedən bıçaqla
Gələn, pambıq ilə kəsdi başları.
Dünya çalxalandı, sular dıruldu
Tərsinə dolandı əsrin məhvəri.
Zaman hökm elədi, vaxt hakim
oldu
Ayağa qaldırdı qul millətləri.
Qullar silahlandı qəzəbdən,
kindən
Ayıra bildilər dumandan sisi.
Qovdu ağasını məmləkətindən
Kölə Afrikanın kölə zəncisi.
Göyə dirək oldu amanım, ahım,
Halalca haqqımız bizdən yan
qaçar.
Zəncinin bəxtini açan Allahım
Bəs mənim bəxtimi nə zaman
açar?
Yaman uzun çəkdi hökmü bu
qəsdin,
Ayrılıb ikiyə döndü bir Vətən.
"Gülüstan" adlanan bu ifritənin
Kağızı, qələmi nədənmiş görən?
O kağız, o yazı yumdu gözləri
Yanan ürəklərdə od külə döndü.
Bizim aramızda o gündən bəri
"Gülüstan" tikanlı məftilə döndü.
Baş idik, ayağa indi yol olmaq
Bizi dərdimizə bu gün yad eylər.
Bir vaxt hakim ikən dönüb qul
olmaq
Bizim bəxtimizə yazılmış məgər?
Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı... Bu lap ağ oldu.
Dogma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.
Hakimlər özü də bilirdi aşkar
Mənim öz dilim var, öz tarixim
var.
Siz haqqın üzünü boyalayırkən
Həqiqət də aydın, yalan da aydın.
Yüz min erməninin məktəbi
varkən,
Yirmi milyon türkə onu
qıymadın.
Dinində, törəndə bizimlə birkən
Yasandan sən mənim haqqımı
sildin.
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən
kəsildin.
Özündən, sözündən qaçaq
dilimiz
İslanıb üşüdü qarda, çisəkdə.
Yüksək məqamlarda yasaq
dilimiz
Qovulub yaşadı kənddə, kəsəkdə.
Insan olmaq üçün uşaq dil açar
Yasaqlar önündə biz dilsiz olduq.
Dil varsa, xalq da var, şan-şöhrət
də var
Dil yoxsa, millət yox, heç varlıq da
yox.
Soruşduq: - Dilimiz yoxsa, biz
kimik?
- Farsdan dönməsiniz - dedilər
bizə.
Baxıb gözümüzün Içinə dimdik,
Onlar qəsd elədi mənliyimizə.
Belə "tarixçilər", belə nadanlar
Sizdə də, bizdə də dürəkdir
ancaq.
Düşmən olsalar da millətə onlar
Hakimi-mütləqə dirəkdir ancaq.
Firdovsin söz açdı türk oğlu kimi
Əfrasiyab adlı Alpər-Tunqadan.
Məgər fars idimi sizin
Rüstəmi Döyüşə çağıran o böyük
xaqan?
Rüstəm Zal - İransa,
əfrasiyab - Turan,
Beləysə, fars olub
Turk nə zamandan?
Məgər türk deyildi mənim
şahlarım
Əsrlər boyunca mülki-İranda?
Bəs səni tutmazmı naləm,
ahlarım
Məni "farsdan dönmə"
adlandıranda?
Türkün zatındadır kişilik, mərdlik
O, öz düşmənini vurmaz
arxadan.
Türkə , Türk dilinə bu
düşmənçilik
Sizdə bir adətdir qalü-bəladan.
Tarixə baş vuraq: Bu ağ, bu qara
Mərdlik mayasıyla yoğrulmuş
babam.
Haqqını tanıdıb çox haqsızlara
Amma haqsıza da mərd olmuş
babam.
Bəzən özümüzü bəyənmədik biz
Dedik, filankəsə gərək oxşayaq.
Yandı öz bağımız... fikir
çeşməmiz
Özgə bağlarını suladı ancaq.
Heç kəs inciməsin, dedik qoy
bizdən
Yandıq yad evində bir çıraq kimi.
"Buyur" deyə-deyə
hörmətimizdən
Qonağı elədik evin sahibi.
Bizim böyük-böyük ustadlarımız
"Xəmsə"lər bağladı özgə dilində.
Dönüb yadın oldu bizim varımız
Babam talan oldu öz mənzilində.
Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.
Nadir də, Qacar da ölkələr aldı
Vətən ucalmadı, taxtı ucaldı.
Oz dogma elini ayağa saldı
Şahlar bizim oldu, zəfər özgənin.
Saldıq özümüzü özümüz gözdən
Kül ilə oytıadıq, əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən
Günəş bizim oldu, səhər özgənin.
Mənim sərvətimə cahan göz
dikdi
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer
əkdi
Zəhmət bizim oldu, bəhər
özgənin.
Açdı sinəsini bizə bu torpaq
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan
qabaq
Hünər bizim oldu, nəmər
özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.
Meydan oxusaq da çərxi-
dövrana
Bəzən özümüzlə üzbəüz olduq.
Düşməni əzsək də mərdü-
mərdana,
Bəzən düşmənimiz özümüz
olduq.
Zamanın küləyi de əsdi hardan?
Uduza-uduza axır udulduq.
Vaxtın axarında gəldi bir zaman
Biz iki hakimə dönüb qul olduq.
Ayılın hakimlər, dönür bu dövran
Qorxun haqqı görən
Allahınızdan.
Tarixi gerçəyi danmayın barı
Sizin çörəyiniz diziniz üstdə.
Tarixi əzmiylə yaradanları
Niyə çökdürdünüz bu gün diz
üstə?
Sədi dərs də verdi sizə ədəbdən
Sizsə başqasını bəyənmədiniz.
Möhtəşəm bir dini alıb
Ərəbdən ərəbə "çəyirtkə yeyən"
dediniz.
2
Quzeydə ayağa qalxdı məmləkət
Bir təpə bir dağla üz-üzə gəldi
Millətin qəlbində boy atan nifrət
Köksün həmləsiylə o dağı dəldi.
Yaman acıq gəldi bu nifrət ona
Tankların altında əzdi milləti.
Sığdıra bilmədi dağ qüruruna
Təpə önündəki məğlubiyyəti.
Millət millət olur, arzu, niyyəti,
İnamı, inadı,
öz imanıyla,
Dərk edib bu haqqı, bu həqiqəti,
Suvardıq torpağı şəhid qanıyla.
Eşidib qəlbimin üsyan səsini,
Yazdım "Şəhidlər"in faciəsini:
"Dilək bir çiçək də bitirə bilməz
Bu gündən sabaha körpü
olmasa.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa.
...O şənbə gecəsi gecikdi səhər
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə min illik yolu.
O şənbə gecəsi ölüb-dirildik
Şərəf papaq oldu, başlara qondu.
O qətl gecəsi xalqın min illik
Şücaət tarixi təkrar olundu.
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox
namümkünü.
Xalqın qəlbindəki qorxu
mülkünu
O gecə dağıdıb sökdü əhidlər."
3
"Gülüstan" yarandı duz qırx il
əvvəl
" Şəhidlər" nəticə, "Gülüslan"
təməl.
Azadlıq verilməz bilək bir kərə
Azadlıq alınar, budur doğru yol.
Axı "Gülüstan"dan ta "Şəhidlər"ə
Gedən uzun yoldu keçilən bu yol"
Daş körpü - vəhdətim, daş
Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçmədi...
min-min
Könül həsrətinin göz dağı oldu.
Gəldi başımıza nələr, ay nələr,
Goramı aparaq bu dərdi qardaş?
Bütün bu bəlalar, bu faciələr
Həmən "Gülüstan"dan göyərdi,
qardaş.
Quzeydə yerini göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Gördük, bizdən başqa bu gen
dünyada
Bütün ayrılanlar birləşə bildi.
Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Biz hələ bu gün də xəyalımızla
Həsrətin üstündən körpü
salmışıq.
Buna da şükr edib, "təvəkkül" -
dedik,
İmdadçün həmişə üz tutduq
göyə.
Elə zaman gəldi, keçmək istədik
Xəyali körpüdən biz, daş
körpüyə.
Daş körpü - vəhdətim, daş
Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçə bilmədi
Bölünən bir xalqın göz dağı oldu.
Biri-birimizə gendən "gəl" -
dedik
Tanrı üz çevirdi elə bil bizdən.
O qədər üstündən keçə bilmədik
Körpünü ot basdı qəhərimizdən.
İki əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında
sən.
Sökülüb-dağılır daşlar günbəgün
Sərhəd dirəkləri xəbərsiz oldu
Bizim qəlbimizdən keçən
körpüdən.
Qəsbkar qəsdini əbədi sanmış
İki başda duran tağlara bir bax.
Çoxu dağılsa da dimdik
dayanmış
Birinci tağ ilə axırıncı tağ.
O tağın biri mən, o biri sənsən
Onlar əsrlərlə dözüb sellərə.
Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?
Bu gün qismətimiz qəm-
kədərdisə,
Dünənki birliyim heç unudulmaz.
Çayın altındakı torpaq birdisə,
O tayı bu taydan ayırmaq olmaz.
Neçə il əvvələ qayıdaq yenə
Diləklər dikəldi, "mən varam" -
dedi.
Bu böyük diləyin zərbələrinə
Sərhəd dirəkləri tab gətirmədi.
Bu taydan o taya haray qaldırıb,
Özünə güvəndi bu millət yenə.
Dəmir məftilləri dişiylə qınb
Oğullar doladı biləklərinə .
Araz öz yoluyla yenə axırdı
Həsrət divarını o gün asdılar.
Qardaşlar qollardan zənciri qırdı
Çayın ortasında qııcaqlaşdılar.
Dərdi boğazlayıb o gün
sevincdən
Onlar hönkür-hönkür hey
ağlaşdılar .
Qardaşlar ağladı o gün doyunca
Soldatlar, sərbazlar dəhsətə
gəldi.
O günün ertəsi Araz boyunca
Tikanlı dirəklər yenə dikəldi.
Qovuşdu bir günlük bu lay o layla
Bir günlük sevincdən çaş-baş
oldular.
Qardaşı qardaşdan ayırmasıyla
Soldatla sərbaz da qardaş
oldular.
Ölmədi, o günü gördü Bəxtiyar
Dedi: - Haqq önündə zor bərbad
ols
un. Dedi: - Mən o günü gördüm,
Şəhriyar,
Qabaqda işıq var, ruhun şad
olsun.
Bu yerdə ustadla neçə il əvvəl
Telefon söhbəti yadıma düşdü:
Mən ona "gəl" - dedim, o mənə
"gəl-gəl"
əllər görüşmədi, səslər görüsdü.
"Məndən xəbər aldı:
- Neçə yaşın var?
Yaşımı söylədim, dedi:
- Min alqış!
Dedim:
- Nəyə alqış, ustad Şəhriyar?
Dedi ki, cavansan, sən mənə
baxmış.
Arzum göyərmədi, keçibdir
yaşım,
O vüsal gününü sən gör,
qardaşım".
Getməz ağzımızdan o günün
dadı
Mən gördüm o günü bircə gün
ancaq.
Başımız üstündə yenə oynadı
Bu tayda "dubinka" , o tayda
şallaq .
Biz bunu bacardıq...
Ancaq nə fayda?
Verdik əlimizdən yelə fürsəti.
Allah bir də nə vaxt, hansı
dolayda
Bizə verəcəkdir elə fürsəti?
Tarixdə neçə yol uduzduq
nədən?
Zirvəyə qalxmışdıq, biz niyə
endik?
Səbrlə , tədbirlə, ölçüb-biçmədən
Ağla güvənmədik, hissə
güvəndik.
Səttarxan, Bağırxan və Pişəvəri
Bizimçün hər biri diridən diri.
Onlar qəhrəmandı, qəhrəman,
fəqət
Təkcə igidliklə kar aşmır indi.
Uzağı görmədən, təkcə cəsarət
Arzuya, istəyə yol açmır indi.
Onlar ölçmədilər uzunu, eni
Tədbir tökmədilər, əzab çəkdilər.
Tuta bilsəydilər günün nəbzini
Arzu güllərini dərəcəkdilər.
Qırx il həsrət qaldı almana alman
Dövrana baxdılar, vaxta baxdılar.
Onlar qanadlanan arzularından
Zamanın çiyninə qanad taxdılar.
Düşündük dərdimiz artdı ilbəil
Vaxtin damarını tuta bilmədik.
Siz: " zaman başqadır, vaxt o
vaxt deyil",
Bizsə o arzuyla şerlər dedik.
İstiqlal qazandı quzeydə ölkə
Bunu gözləmişdi millət yetmiş il.
Bu gün aldığımız azadlıq bəlkə
Bizi biz edəcək istiqlal deyil?
İstiqlal qazandıq, kim "oxay"
dedi?
Təzə bəlalara biz sinə gərdik.
İstiqlal milləti sevindirmədi
İstiqlal qazanıb , torpaq itirdik.
Çəkdi bu milləti hərə bir yerə
Məqsəd - kürsü eşqi, amal -
mənfəət.
O qədər çəkişdik, həm firqələrə
Həm də bölgələrə bölündü millət.
Umdu, nəsə umdu Vətəndən
hamı
Amma unuduldu məmləkət
dərdi.
Kürsüyə çatmaqçün biri Ağdamı
Biri də Şuşanı güdaza verdi.
Bunlar həqiqətdir, ay bədbəxt,
sənin
Hansı amal ilə qəlbin döyündü?
Unudub dərdini bütöv Vətənin
Kürsü hərisliyi amala döndü.
4
İslam bayrağıyla başqası gəldi
Hamı düsündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri ...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş,
Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imam
Yaratdı ölkədə "cümhuri-islam".
Çox gözəl, cümhura nə irad, nə
söz?
Məgər bu deyilmi istədiyimiz?
Şahlıq diyarında, şah ölkəsində
"Döndü həqiqətə" yüz illik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər
Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz
qalıb
Zulm qah-qah çəkir, haqsa
hönkürür.
Şahlıq devrilsə də, başqa rəng
alıb
Yaşayır əvvəlki zülm başqa cür.
Adını dəyişib, əhdini danıb
Yenə həmən zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.
Zülm nə din bildi, nə dil, nə
Vətən, Cəhalət uydurdu İslam
adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.
Düşünən başları qovdu ölkədən
Farsı da, kürdü də, türkü də
qəsdən.
Deyən tapılmadı, otur yerində
Mən qafil deyiləm sözə aldanam.
De, hanı bəs sənin əməllərində
Şəri boğazlayan müqəddəs
İslam ?
Məgər yuvasından didərgin
düşən
O bədbəxt kimsələr müsəlman
deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan
deyil?
Minbərdən bağırdı söz
gövşəyənlər:
"İslama hər yerdə dayağıq" -
deyə.
Bizi darda qoyüb "İslam"
deyənlər
Niyə dayaq oldu bəs erməniyə?
Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kiriməyinlə
Xoruzun quyruğu görünmürmü
bəs?
Qorxuram bu yerdə belimiz sına
Adını qoymusan "İslam dövləti".
Özün de, budurmu din
qardaşına
İslam dövlətinin xətri , hörməti?
Bunıın da kökünü bilirik nədir?
Səninçin "arilik" dindən öndədir.
İslama "vay" dedi, dinə "vay"
dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
əcdadda birləşən qan
qohumluğu.
Tapıldı bizdə də cəhalətindən
Dinin cövhərini anlamayanlar.
Atıldı meydana, yapışıb dindən
Onu ciblərinə qazanc sayanlar.
Kəbəyə getdilər hər il dalbadal
Ziyarət deyildi, ticarətdi bu.
Bəs hanı haqq yolu? Bu səfər,
bu yol Hacılıq adıyla tacirlik oldu.
Dedilər: "Dərdlərə son qoymaq
üçün
" İslam partiyası" gərəkmiş bu
gün.
Bir deyən olmadı amma onlara
"A qardaş, din hara, siyasət
hara?"
Nədir bu partiya? Mən
anlamıram
Firqə , dar çərçivə, firqə bir qəfəs!
O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?
Din ilə ucalır ruhumuz göyə
Göylər bir qiyasa, ölçüyə gəlməz.
O böyük din ilə bircə firqəyə
Bəşərin yarısı sığışa bilməz.
Sökülür dan yeri, görmürsənmi
sən
Zamanın özündən, vaxtın
özündən?
Bu nə boş xəyaldır, nə şirin röya?
Közərir çınqa od külün içində.
Dünyanı titrədən qoca Rusiya
Bölünüb söküldü bir gün içində.
Köksünə dağ üstdən dağ çəkilən
xalq
Bir gün dağ çəkəcək dağın
köksünə.
Məftil çəpərləri qıra bilən xalq
Bir il gec, bir il tez - qıracaq yenə.
Torpağı yoğurur vaxt özü qanla
Vaxt gəldi, bircə söz min düyün
açar.
Artıq anlamışıq ahla, amanla
Nə məftil əriyər, nə sərhəd uçar.
Zulm öz-özünə kəsilir qənim
Baxın öz yönünü dəyişən çarxa.
Suyun gəlməsinə şübhəm yox
mənim
Bir vaxt şırıl-şırıl su gələn arxa.
Salaq yadımıza bu gün, cahanın
Rəngləri dəyişən xəritəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-qüzeyli xəritəsini.
Noyabr, 1999


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 559 Bölmə: Bextiyar Vahabzadə
loading...