Böl Görüm
BÖL GÖRÜM
'Bəxtim, mənə yar ol', deyib
çağlaram,
Yar olmasa de bəxtiyar ol görüm.
Gələcəyə ümidimi bağlaram,
Bir an sonra nə olacaq, bil,
görüm.
Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə
gülmüsən ,
Hünərin var, ağladanda gül
görüm.
Dünyamızı yasa, toya bölmüşük,
Sevdamızı oda, suya bölmüşük,
Ömrümüzü günə, aya bölmüşük,
Min arzuya, min diləyə böl
görüm.
1974.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Bextiyar Vahabzadə
loading...