BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə , illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o
qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan
necə keçdin?
Sən eşqin salamını qorxuyamı
deyişdin ?
Yoxsa sən öz əhdinə, ilqarına ağ
oldun?
O qədər yaxın ikən, bu qədər
uzaq oldun.
Şirin gülüşlərimiz, acı
fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız
anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha
mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri
dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl
olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama
dəymədi.
Bir günlük həsrətimə dözə
bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir
salama dəymədi?
Getdin, dalınca baxdım, can
ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin
yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar
əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin
kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız
oldumu?
Sən mənə zülm eylədin, mənə
zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm
yaraşır!
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 191 Bölmə: Bextiyar Vahabzadə