Nəfsimiz
NƏFSİMİZ
Qacqının payına göz dikən alçaq,
Sənə hansı haqla mən insan
deyim?
Millətin qanını soran qurumsaq,
Mən sənin adına soxulcan deyim.
Bəs hanı insanlıq, bəs hanı
vicdan?
Tamah insanlıqdan qabağa
düsdü?
Bəlkə də bu dövran
dolandıgından
Qibləmiz gah sola, gab sağa
düsdü.
Bu, sənin xalqına ürəyi yanan
Özgə bir millətin verdiyi paydı.
Ey öz millətinə yaddan yad olan,
Paya göz dikincə gözün çıxaydı.
Xalqının dərdinə özgələr qədər
Yanmadın , bəs bunu niyə
qanmadın?
Yetim qismətini yeyib sərasər
O şisən qarnından heç
utanmadın.
Biz necə məxluquq, anlamıram
mən
Nəfsimiz ağırmıs qeyrətimizdən.
İyul. 1998.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Bextiyar Vahabzadə
loading...