Noqsandan Da Betermish
Öz-özümü mənəm çəkən çarmıxa,
Nə biləydim, hökmü
verən qədərmiş.
Öz içimdə hakim ilə
vəkilin
Gecə-gündüz çəkişməsi hədərmiş.
Çox düşündüm: nədir
qəsdim, niyyətim?
Hara çəkir görən məni
fıtrətim?
Bu dünyadan mənim
payım, qismətim
Sevincimdən oğurlanan kədərmiş.
Mən baxmadım nə yada,nə həmdəmə,
Nöqsanımı faş elədim
aləmə.
Hey danladım öz-özümü...
heç demə,
Mərdliyim də etirafa
qədərmiş...
Vicdanımdan sordum:
nədir etiraf?
Cavab verdi: bir tövbədir etiraf.
İndi bildim, əməlsiz bir etiraf
Günah kimi nöqsandan da betərmis.
31 dekabr, 1998
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Bextiyar Vahabzadə
loading...