Bahar Havasiyla
Qanadlı xəyallar
göylərdən endi
Nə çırpıntı qaldı, nə istək, həvəs.
Qocaldım, könlümdən hər şey silindi
Sənin buraxdığın izlər
silinməz.
Mənə qısqanardı bir
vaxtlar hamı
Könlüm o günləri necə
əzizlər.
Təzədən yasadır mənə
dünyamı
Ömrümün açdığı cığırı -izlər.
O izlər könlümə çəkilən dağım,
Fərəhim, kədərim, xeyrim, şərimdir.
O izlər - içimdə gizli
sığnağım,
Könlümdən süzülən
sətirlərimdir.
Ömür yollarımın bir
qarışında
Ayrı düsmərnişəm
hisslərimdən.
Keçib bu izlərdən ömrün qışında
Bahar havasıyla
yaşayıram mən.
Hələ bu dünyada nə
qədər sağam,
Mən bu hava ilə
yaşayacağam.
Ölərsəm, o izlər yaşanmış ömrün
Ayaq izlərinə dönəcək bir gün.
23 avqust, 1998.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Bextiyar Vahabzadə
loading...