Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kor Qız

Allahdan heç vaxtı ümid kəsilməz
Sən özün bilirsən fələk nə sayır
Əgər şər deməsən xeyirdə gəlməz
Sabahın işini bilmək olmayır

Baxsada ətrafa heç nəyi görmür
Çox gözəl olsada gözləri kordur
Qəlbində var olan ümidlər sönmür
Ümidlər o qədər saysızdır çoxdur

Saçını tökübsən yenə yanına
Oturub özün üçün xəyal qurursan
Vurğunam qap qara kirpik qaşına
Sevgilim həyatım niyə susursan?

İlahi bu qədər gözəl qız olar
Sənə hər baxanda gözlərim dolar
Niyə gözlərin tutuldu sənin
Allahım gözləri açılsın nə olar

Hər gecə əlimi açıb Allaha
Sənin tək canına dua edərəm
İstəməm inanki girim günaha
İnanki mən səni atıb getmərəm


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...