Bilmezdim
Bilməzdim gedişin bu qədər çətin,
Yoxluğun bu qədər ağır olarmış.
Canıma qəsd edən bu məhəbbətin,
Hələ çəkiləsi acısı varmış.
Nədəndir bilmirəm batmışam yasa,
Büsbütün dəyişib saxtalaşmışam.
Donub duyuğularım,donub düşüncəm
Buzlayıb hislərim hələ keyəm mən.
Qəlbimin fəryadı sızır dilimdə,
Dərindən duysalar,qəmli keyəm mən.
Hanı çağrılmamış,bir qonaq kimi
Eşqimin qapısın döyən o əllər.
Hanı "öz eşqimdən,məhəbbətimdən
heç zaman dönmərəm" deyən o dillər
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...