Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Elə Bilirdim Sənsiz ölərəm...

Yenə bu şəhərdə üz-üzə gəldik
Neynəyək başqa şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik
Bəlkə də, xoşbəxtik xəbərimiz yox.
Aradan nə qədər il keçib görən?
Tanıya bilmədim, məni bağışla
Mən elə bilirdim sənsiz ölərəm
Mən sənsiz ölmədim, məni bağışla.
Ölmədim deyirəm, nə bilim axı,
Bəlkədə mən sənsiz ölmüşəm elə
Qəbirsiz, kəfənsiz ölmüşəm elə.
Bəlkə də biz onda ayrılmasaydıq,
Nə sən indikiydin, nə mən indiki...


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...