Sen Aglama,men Aglayim,gozelim(Ehmed Cavad)
Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!
Uğrunda olmuş ikən sərsəri
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!
Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulmayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!
Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə...
Baxıb indi alındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!
Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim!
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...