Məmmədov Kərəm Hətəm oğlu — tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti.
Həyatı
Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid rayonunun (1947-ci ildən sonra Dmanisi) Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universititinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi və pedaqoji fəaliyyəti 50-ə qədər elmi əsərdə öz əksini tapmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyulunda Bakı Dövlət Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı dissertasiya üzərində çalışır.
Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var.
Elmi fəaliyyəti
Borçalı ərazisində erkən türklər. (M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti gənc tarixçi tədqiqatçılarının elmi konfransının məruzələri). Bakı Dövlət Universiteti, 1991, s.125-127.
Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları. (Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri). Bakı: 1991 (II hissə), s. 226–228. (rus dilində)
Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi). Bakı: 1992 s.67-68. (rus dilində)
Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). Bakı: 1994, s.12. (rus dilində)
Altay xalqları (həmmüəllif). Bakı: 1996
Ural xalqları (həmmüəllif). Bakı: 1997
Altay xalqlarında şamançılıq və onun izləri. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 1-2, Bakı: 1997, s.43–50.
Qoçbaşı abidələr. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 5-6, Bakı: 1999, s.46–51.
Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. Bakı: 2002, s.164-170.
Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, 2, s.177-181.
Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun problemləri" jurnalı, 2003, 4, s.191-193.
Qafqazın poleoantropologiyası. "Bakı Universiteti xəbərləri" jurnalı, 2003, 2, s.156-163.
Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeologiyası" jurnalı, Bakı: 2005, 1-4, s.51-59. (rus dilində)
Borçalı – Qədim Türk Yurdu. "Dədə Qorqud jurnalı", Marneuli 2005, 2, s.24-29.
Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqaviləsi - 200). Bakı: 2005, s. 32-41. (rus dilində)
Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı: 2005, s.123-124. (rus dilində)
Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). "Tarix və onun problemləri" jurnalı, 1, Bakı: 2006, s. 207-213. (rus dilində)
The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat: 2006, 2. p.162-163.
İslam dininin Azərbaycanda qəbulu və onun nəticələri. "Dövlət və Din" jurnalı. Bakı: 2006, 2, s.20-24.
About tomb stone ram monuments in Altai peoples. 2006 New Silk Road Literary Symposium: Baku in Azerbaican. Seoul, 2006. p. 111-114
Qədim Türklər. Dialoq – XXI əsr jurnalı. Bakı, 2006. ¹ 1, s.54-56
Tarix (həmmüəllif).Bakı,2006
Antropologiyanın əsasları (dərslik). Bakı,2006
Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqramı). Bakı,2006
Borçalı uğrunda Osmanlı – Qızılbaş savaşları. Şah İsmayıl Xətai (Elmi-praktik konfransın materialları). Bakı, 2007. s.55-63
Ön Asiya əhalisinin antropologiyası haqqında. Qarapapaqlar jurnalı. Marneuli, 2007.¹ 5. s.25-28
Məhəmməd Sacoğlu. Təməl jurnalı. Bakı, 2007. ¹ 2, s.26-28
Peçeneqlər (kəngərlər) . Türkər dergisi. Bakı, 2007. Özəl sayı. s.21 - 23
Dmanisi tarixi mənbələrdə. Qarapapaqlar jurnalı. Marneuli, 2007. ¹ 7, .s. 12-15
Avarlar . Тцркяр дерэиси. Бакы, 2008. № 2, .с. 14
Borçalı ərazisində erkən türklər. Qarapapaqlar jurnalı. Marneuli, 2008. № 7, .s.5-10
Borçalı Rusiya – Qacar müharibəsi illərində.Yazı jurnalı, Tiflis 2008,№ 1, .s.12-17
Borçalı tarixi. Millət və Dövlət jurnalı, №4, Bakı s.20-27“
Azərbaycan erkən orta əsrlərdə. I yazı. Birlik jurnalı, № 1, Bakı,2008 .s.20-21
Azərbaycan erkən orta əsrlərdə. II yazı. Birlik jurnalı, № 2, Bakı,2008 . s.14-15
Professor A.Mustafayevin "Azərbaycanılıarın maddi mədəniyyəti" adlı əsərinin rəyçilərindən biridir.
2009-cu ildə Azərbaycan dilində nəşr olunmuş "X əsr yəhudi-Xəzər yazışması" adlı kitabın elmi redaktorudur.
2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari müəlliflərindən biridir.
Borçalı çar Rusiyasının işğalı dövründə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 2.s.9-12)
Borçalı XI yüzillikdə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 9. s.7-11)
Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı olan Birlik jurnalında "Azərbaycan IX-XI əsrlərdə" (I yazı) (Birlik jurnalı, Bakı, 2009. N1. s.20-21)
Azərbaycan XII-XIV əsrlərdə (II yazı) (Birlik jurnalı, Bakı, 2009. N2. s.21-23)
Azərbaycan XII-XIV əsrlərdə (III yazı) (Birlik jurnalı, Bakı, 2009. N3. s.22-23)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Elmi Xəbərlərində "Yaqub Mahmudov və Azərbaycan xalqının etnogenezi" (AMEA, Tarix İnstitunun Elmi xəbərləri, 30-cu cild. Bakı, 2009. s.3-30)
Tarix: 09.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 241 Bölmə: Azərbaycan tarixçiləri