Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Davud Axundov

Davud Ağa oğlu Axundov (1918) — memar, tarixçi, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü.

Həyatı
Davud Ağa oğlu 1918-ci ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binlarının müəllifi olmuşdur.

Qafqaz Albaniyası dövrünün ilk araşdırılması onun işlərindən biridir. Davud Axundov islama qədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı elmi araşdırmalar aparıb. O müəllifi olduğu və sovet dövründə inşa olunan binalarda da məhz Azərbaycan memarlığını özündə əks etdirən çalarlara geniş yer verilib.

Fəaliyyəti
Uzun illər alimlər Qız qalasının nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır. Belə bir müəyyən etmə var ki, qala müdafiyə və gözətçi funksiyasını yerinə yetirirdi, tikilmə vaxtı isə V-Xll əsrə aid olunur. Alim-arxitektor, professor Davud Axundov yeni sensasiyaya səbəb olan nəzəriyyə irəli sürüb. Onun nəzəriyyəsinə görə Bakının simvolu olan – Qız qalası - əslində zərdüştlük məbədi və qədim rəsədxanadır. Bu fikir əvvəl qəbul olunmuş, qalanın tikilmə məqsədi təsəvvürlərinin tam əksi idi.

Qədim Qafqaz Albaniyasının mədəniyətinə və incəsənətinə aid olan çoxlu sayda elmi işlərin müəllifi, professor Davud Axundov kompyuter texnoloqiyalarının köməyi ilə qalanın tarixi barədə yeni baxışa nail olub. Diqqətlə qalanın konstruksiyasını öyrənməklə, Axundov elə nəticəyə gəldi ki, bu tikili gözətçi funksiyasını yerinə yetirə bilməzdi və ələxsus müdafiyə məqsədləri üçün də yararsız idi. Qalanın ön tərəfində yerləşən pəncərələri tədqiq edərkən, professor maraqlı bir faktla üzləşib. Belə ki əqər qala mudafiyə funksiyasını yetirirdisə o zaman onun pəncərəli dörd tərəfə baxmalı idi. Bu pəncərələr isə yalnız bir tərəfə yönəlib, üstəlik aşağıya yonəlmək əvəzinə - hücumları dəf etmək üçün – yuxariya baxırlar. Bir maraqlı fakt daha – pəncərələrdən acılan mənzərə və onun kiçik ölçüləri hücumlardan mudafiyə olunmaq üçün imkan vermir. Bu faktlara əsasən söyləmək olar ki, qaladan müdafiyə olunmaq üçün istifadə edilməsi inandırıcı deyil.

Analojı qədim məbədlərə nəzər yetirməklə, professor tikilinin yeddi planet tanrılarının məbədi olduğuna qənaətinə qəlib. Araştırmalara əsasən, qala 8 mərtəbəli konstruksiyadan ibarətdir. Məbədin birinci mərtəbəsi qiriş, qalan 7-si isə müqədəs mərtəbələr sayılırdı.

Qaz kəməri ilə birləşən mərtəbələrdə quraştırılan ocaqlar, qalanın yuxarı meydançasında yeddigünbəzli tac təşkil edir. Məbədin yeddi yarusu sönməz od işıqı ilə təmin edilmişdir, bu da zərdüşlərə baş səcdəgahları, simvolu od olan, Ormuza səcdə etməyə şərait yaradırdı.


Tarix: 09.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 331 Bölmə: Azərbaycan tarixçiləri
loading...