Həyatı
Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir.
1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır.
1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir.
1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İndiyədək onun Azərbaycan, Argentina, İran, Norveç və Rusiyada müxtəlif dillərdə 70-dən çox elmi əsəri çap olunmuşdur. On bir monoqrafiyanın müəllifi və həmmüəllifidir.
2012-ci ildə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatını almışdır.
Tarix: 09.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 121 Bölmə: Azərbaycan tarixçiləri