Həsənəliağa Xan Qaradağski İ.A.Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K.D.Uşinskinin (1824-1870/71), A.Y.İzmaylovun (1779-1831), A.A.Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A.A.Seydlerin (1830-1891), L.N.Modzalevskinin (1837-1896) hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur:
Uşaqları məktəbə şövqləndirmək
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,
Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.
Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.
Adam, xoruz, yırtıcı – hamıları gedirlər
İş dalınca, hər biri durub bir şey edirlər.
Qanadlı qarışqalar şələ çəkir, arılar
Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.
Çöllər çəmən olubdur, ayılıbdır meşələr,
Ağacdələn taqu-tuq eyləyibdir peşələr.
Qəmu çaylar da axır, şırıldıyubən gedir,
Torçu balıq ovlayır, oraq biçir, səs edir.
Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin,
Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.
Qaradaği, hər bir kəs bir iş gərəkdir edə,
Çalışıbən sə’y edə, onın dalınca gedə.
Qaradaği tərəfindən rus dilindən roman, "Körpə uşağı necə saxlamaq", "Göz ağrısı və onun müalicəsi" və sairə bu kimi həkim məsləhətləri tərcümə edilmişdir. Əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
Tarix: 09.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 210 Bölmə: Azərbaycan tarixçiləri