Həyatı
Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir.
Yaradıcılığı
Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır.
İctimai-siyasi fəaliyyəti
1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur.
Kitabları
XXI əsrin perspektivləri: Azərbaycandan baxış. Bakı-2003.
Yunus Oğuza məktublar və ya türkün qədim tarixinə yeni bir baxış. Bakı-2005.
Türkün gizli tarixi. Elmi-publisistik əsər (Y.Oğuzla birgə). Bakı-2009.
Sakların tarixi, dili və ədəbiyyatı. Bakı-2009.
Qafqaz albanlarının dili və ədəbiyyatı. Bakı-2010. – tam mətni
Etnoqonik miflər. Bakı-2013.– tam mətni
Türklerin gizli tarihi. Y.Oğuz - B.Tuncay. İstanbul-2013.
Письменное наследие Кавказских албан. Том I. Бишкек-2014. – tam mətni
Tarix: 09.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 228 Bölmə: Azərbaycan tarixçiləri