Makovelski 1907-ci ildə Universiteti bitiridikdən sonra fəlsəfə kafedrasında professor dərəcəsi almaq üçün saxlanılmışdı.
1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi Əxlaq Epikteti böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayət olunduğu üçün tezliklə mətbuata da yol tapdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir. Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq çətin məsələ idi. Makovelskinin qayıtmasına tanınmış, şöhrətli yazıçı D.Merejkovski və onun arvadı Z.Qippius zamin durmuşdur. Birinci dünya müharibəsinin başlaması səbəbindən Makovelski elmi işini yarımçıq bıraxmışdır. Müharibənin başlamasından sonra Rusiyaya qayıdan Makovelski Sankt-Peterburq və Moskva şəhərlərində elm-kitabxanalarda işini davam edirdi. 1914-cü ildə Aleksandr Makovelskinin fundamental Sokrataqədərkilər əsərinin I cildi işıq üzü görmüşdür.
A.O.Makovelskinin elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafiyası Bakıda 1964-cü ildə çapdan çıxmışdır. Burada alimin Azərbaycan, rus, alman dillərində çap edilmiş 145, çap edilməmiş 18 elmi əsərinin adı göstərilmişdir.
Tarix: 09.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Azərbaycan tarixçiləri