Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfər Cəfərov (tarixçi)

Həyatı
1960-cı ildə anadan olmuşdur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və onun aspiranturasını bitirmiş, 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır.

1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur.

2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.

2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “ Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.

5 iyul 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 1556 nömrəli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilmişdir. Tarix elmləri doktorudur.

Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 50-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 50-yə yaxın elmi əsərin müəllifidir. Rus, ingilis, türk dillərində sərbəst danışır.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilmişdir.


Tarix: 09.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycan tarixçiləri
loading...