Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Məmmədli

Akif Məmmədli — Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır.

Həyatı
Məmmədli Akif Əlavəddin oğlu 31 oktyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. BDU-nun tarix fakultəsini bitirib.

1992-1993-cü illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyib.

20 ilə yaxındır ki, Balakənin tarixini tədqiq edir və bu işin pioneri hesab olunur.

AMEA Tarix İnstitutunun dissertantıdır.

Bundan başqa Balakən tarixinə, tarixi abidələrinə aid 3 sənədli filmin və onlarla elmi məqalənin müəllifidir. Bölgənin tarixi və etnoqrafiyası ilə bağlı iki beynəlxalq konfrans və simpoziumun iştirakçısıdır. 12 kitabın (1 elmi monoqrafiyanın) müəllifidir.

Kitabları
"Tarixin yaddaşı: qırmızı bataqlıqda yaşıl ruhlar". Bakı, 1994.
"Balakən: uzaq və yaxın tarix". Bakı, 1995
"Məbədlər diyarı"nın tarixi. Bakı, 1999.
"Balakən-Zaqatala bölgəsi: tarixi, etnoqrafiyası". Bakı, 2001.
"Əki və çağdaş tariximizə dair. Legionerin şərəf kitabı". Bakı, 2002.
"Balakən-Zaqatala bölgəsinin tarixinə dair". Bakı, 2007
"Balakən -Zaqatala bölgəsinin qədim tarixi abidələri". Bakı, 2006.
"Şimal-Qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası". Bakı, 2008.
"Arxeoloqlar. Kurqan və nekropollarda tarixin xəzinələri". Bakı, 2010.
“Haylada unudulan tariximiz və təmbur” Bakı, 2013, © Kitab Klubu.
“Haylalarda yaşayan tariximiz" Bakı, 2014. AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.
“Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri". Elmi monoqrafiya. Bakı, 2014. AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.


Tarix: 09.02.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 175 Bölmə: Azərbaycan tarixçiləri
loading...