Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qozlu Ay Çörəyi

Ərzaqlar:
Üzəri üçün:



1 yumurta sarısı
2 xörək qaşığı susam
mayalı xəmir
4.5 stəkan un
3 çay qaşığı toz maya
2 qəhvə fincanı marqarin .
1.5 qəhvə fincanı şəkər tozu
1/2 stəkan ilıq süd
2 yumurta
1/2 çay qaşığı duz
İçi üçün:

5 stəkanı əzilmiş badam, fındıq
2.5 stəkan şəkər tozu
2 çay qaşığı kakao
1 stəkan əzilmiş qoz
1 stəkan doğranmış quru üzüm
1 çay qaşığı darçın
2 yumurtanın ağı
Hazırlanması:

Mayalı Xəmiri hazırlayıb üzərini təmiz bir dəsməlla örtün .
20-25 dəqiqə isti bir mühitdə istirahət verin.
Xəmirdən qoz böyüklüyündə parçalar ayırın və hər birini oxlovla ilə ovuc içi böyüklüyündə açın.
İçlik üçün olan ərzaqların hamısını qarışdırın. Qoz böyüklüyündə parçalar hazırlayıb kiftə şəkli verin.
Açdığınız xəmirlərin ortasına hazırladığınız içliyi yerləşdirin. Xəmiri rulet şəklində büküb ay forması verin.
Hazırladığınız ay çörəklərini yağlanılmış soba qabına qoyub bişirin.
25-30 dəqiqə kənarda saxlayın (daha çox köpməsinə kömək edir). Üzərlərinə yumurta sarısı sürüb küncüt səpin. 200 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirin.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğun olacaq Şirniyyatlardandir.


Tarix: 26.12.2014 / 18:33 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Şirniyyatlar
loading...