Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Şirvan

Əsgərov Yusif Əsgər oğlu Azərbaycan şairi

Həyatı

1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924-1928) Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs Hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930-1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarə-sində siyasi redaktor (1932-1934) işləmişdir Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış. mətbuatda oçerk, Hekayə, povest, roman və məqalələrini müntəzəm çap etdirmişdir İnstitutu bitirdikdən sonra "Ədəbiyyat qəzeti"nə məsul katib təyin edilmiş, sonra Azərnəşrdə, Uşaqgəncnəşrdə bədii ədəbiyyat üzrə redaktor, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Hazırlıq kursunda və 132 nömrəli Bakı şəhər məktəbində müəllim işləmişdir 1939-1941-ci illərdə "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. Bu müddət ərzində Azərbaycan Dövlət Qiyabi İnstitutunda baş müəllim işləmişdir 1941-ci ilin avqustunda Sovet Ordusuna səfərbərliyə alınmış, Hərbi xidməti ləyaqətlə yerinə yetirmişdir "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür 1947-ci ilin iyulunda ordudan tərxis olunmuş. "Təbliğatçı" jurnalında partiya şöbəsinin müdiri, qiyabi institutda ədəbiyyat kafedrasının baş müəllimi işləmişdir Bir müddət Azərbaycan Dövlət Universitetində dekan, ömrünün axırınadək isə dosent olmuşdur "Əmək veteranı" medalı ilə təltif olunmuşdur 1979-cu il avqustun 9-da vəfat etmişdir..


Tarix: 20.01.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Şairlər və Yazıçılar
loading...