Quliyev Vilayət Muxtar oğlu – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1988), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010-davam edir).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Həmçinin bax
5 Mənbə
Həyatı
Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Beyləqan rayonundakı K.Əsədov adına Şahsevən orta məktəbini bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1970-1975). Üç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur (1978-1981). "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1982). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994), Azərbaycan Respublikasının xarici işlər naziri (2001 (1999?)-2004) vəzifələrində işləmişdir. Hazırda Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiridir (2004). "Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1990).
İctimai-siyasi həyatda fəal çalışmışdır. Azərbaycan Milli İstiqlal Partiyası təşkilat komitəsinin üzvü və siyasi şuranın üzvü (1992-1993) olmuşdur. Həmin dövrdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk universitetində mühazirələr oxumuşdur. Demokratik İstiqlal partiyasının birinci katibi seçilmişdir (1994-cü ildən). "Azərbaycan Demokratik Respublikası" kitabını tərtib edib müqəddimə və şərhlərlə nəşr etdirmişdir (1992). Hacı Zeynalabdin adına Azərbaycan Milli mükafatına layiq görülmüşdür (1994).
Azərbaycanın dövri mətbuatında 1978-ci ildən çıxış edir. Onun elmi məqalə və rəyləri müxtəlif şəhərlərin (Kazan, Alma-Ata, Yerevan və s.) qəzet və jurnallarında çap olunmuşdur. "Fikrin karvanı", "Ədəbi proses", "Azərbaycan-Avropa ədəbi əlaqələri" və s. kollektiv əsərlərin əsas müəlliflərindəndir. Elmi-tənqidi fəaliyyətdə həm müasir ədəbiyyatla bağlı məsələlər, həm də ədəbi əlaqələr aspektində XIX əsr Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinin tədqiqi mühüm yer tutur. O, ingilis dilindən bədii tərcümə ilə də ardıcıl məşğul olur. Ceyms Coysun, Cerom Selincerin, Rey Bredberinin və b. ingilisdilli yazıçıların bir sıra povest və hekayələrini orijinaldan Azərbaycan dilinə çevirmişdir. Türkiyə dışındakı türk ədəbiyyatları antolojisi (Azərbaycan-türk ədəbiyyatı: I-IV c, Ankara) tərtibçilərindən biridir (1993-1994). Türk xalqlarının ortaq mədəni irsi (Adana, 1992), Böyük türk qurultayı (Antalya, 1993), Xəzər Orta Asiya Beynəlxalq simpoziumunda (Edinburq, 1994) iştirak etmişdir.
3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Əsərləri
Mirzə Kazımbəy Bakı: Yazıçı, 1987, 205 səh.
Özümüz və sözümüz. Bakı: Azərnəşr, 1993, 120 səh. (şərikli)
Ağaoğlular. Bakı: Ozan, 1997, 336 səh.
Azərbaycanda erməni zülmü. Bakı: Ozan, 1999, 228 səh.
İsa Sultan Şaxtaxtinskinin qəribə həyatı. Bakı: Ozan, 88 səh.
Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı: Ozan, 2000, 584 səh.
Açıq sözün hikməti. Bakı: Ozan, 2001, 520 səh.
Tariximiz-taleyimiz. Bakı: Ozan, 2002, 424 səh.
Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti. Bakı: Ozan, 2004, 424 səh.
Tərcümələri
Rafael Mustafin. Qəhrəman şairin izi ilə. Bakı: Gənclik, 1988, səh.
23 Nəsrəddin (Dünya xalqlarının Molla Nəsrəddin lətifələri). Bakı: Gənclik, 1992, 510 səh. *3.Lev Qumilyov. Qədim türklər. Bakı: Gənclik, 1993, 650 səh.
Əlimərdanbəy Topçubaşov. Parisdən məktublar. Bakı: Azərnəşr, 1999.
V.Panova, Y.Vaxtin. Məhəmməd Peyğəmbərin həyatı. Bakı: Ozan, 2003, 511 səh.
Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı: 2008
Corc Oruel. 1984 romani. Bakı: 2011
Corc Oruel. Heyvanistan povesti. Bakı: 2011
Həmçinin bax
Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyi
MənbəVikiMənbədə Azərbaycanin xarici işlər nazirləri mövzusunda məlumatlar var.
g • m • r
Azərbaycanın Xarici İşlər Nazirləri
Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920)Məmmədhəsən Hacınski (28.05.1918–06.10.1918) • Əlimərdan bəy Topçubaşov (06.10.1918–07.12.1918) •
Fətəli xan Xoyski (26.12.1918–14.03.1919) • Məmməd Yusif Cəfərov (14.03.1919–22.12.1919) • Fətəli xan Xoyski (24.12.1919–01.04.1920)
Azərbaycan Sovet Sosialist Respublikası
(1920-1991)Nəriman Nərimanov (04.1920–05.1921) • Mirzə Davud Hüseynov (05.1921–12.1921) • Mahmud Əliyev (1944–1958) •
Tahirə Tahirova (1959–1983) • Elmira Qafarova (1983–1987) • Hüseynağa Sadıqov (23.01.1988–18.10.1991)
Azərbaycan Respublikası
(1991-dən sonra)Hüseynağa Sadıqov (18.10.1991–29.05.1992) • Tofiq Qasımov (04.07.1992–26.06.1993) • Həsən Həsənov (02.09.1993–16.02.1998) •
Tofiq Zülfüqarov (05.03.1998–26.10.1999) • Vilayət Quliyev (26.10.1999–02.04.2004) • Elmar Məmmədyarov (02.04.2004–indiyə kimi)
Tarix: 19.01.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 634 Bölmə: Şairlər və Yazıçılar