Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Fazil

Fərzəliyev Şahin Fazil oğlu — şair, şərqşünas, tərcüməçi; Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-ci ildən); tarix elmləri namizədi (1974); Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix doktoru (1993); tarix elmləri doktoru (1996).

Həyatı

Şahin Fazil 1940-cı ildə Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi (1958), ADU-nun şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir (1964). Ədəbi fəaliyyətə 50-ci illərdə başlamışdır. İlk mətbu şeiri "Qız bənövşə" "Qızıl Quba" qəzetində dərc edilmişdir (1958). Keçən əsrin 60-cı illərindən dövri mətbuatda şeir və publisistik məqalələrlə müntəzəm çıxış edir. İyirmi ildən çoxdur ki, orta əsrlər Azərbaycan feodal dövlətlərinin tədqiqi üzərində elmi fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə Əfqanıstanda mütərcim kimi başlamışdır. 1963-1988-ci illərdə fasilələrlə on üç il həmin ölkənin müxtəlif şəhərlərində işləmiş (burada Əfqanıstanın 3 medalı və fəxri fərmanları ilə təltif olunmuşdur), Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmışdir (1970-1973). Həmin institutda kiçik elmi işçi (1973-1983), böyük elmi işçi (1983-1996) olmuşdur. Hazırda aparıcı elmi işçidir (1996-cı ildən).

Əsərləri
Qəzəllər. Bakı: Yazıçı, 1978, 43 səh. (şərikli)
Qəzəllər. Bakı: Yazıçı, 1986, 223 səh. (şərikli)
Yenə görüşərik. Bakı: Yazıçı, 1989, 101 səh.
Qəzəllər. Bakı: Elm, 1990, 573 səh.
Qəzəllər (I cild). Bakı: Azərnəşr, 1994, 197 səh.
Divan. Bakı: Azərnəşr, 1996, 465 səh.
Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə. Bakı: Azərnəşr, 1994, 200 səh.
Əlini ver mənə. Bakı: Gənclik, 1998, 202 səh.
Azərbaycan və Osmanlı imperiyası (II nəşr). Bakı: Elm, 1999, 200 səh.
Quba tarixi. Bakı: Əbilov və qardaşları, 2000, 456 səh.
Qızxanım, yaxud qırx şeirdən ibarət elegiya. Bakı: Əbilov və qardaşları, 2001, 55 səh.
İlhamə, yaxud səndən ayrı səninlə. Bakı: Elnur-P, 2002, 232 səh.
XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: Elnur-P, 2003, 120 səh.
İran səfərnamələri. Bakı: Elnur-P, 2003, 220 səh.
Divan. Bakı: Elnur-P, 2004, 162 səh.

Tərcümələri

(ərəb, fars, türk dillərindən)
Zəfər təranələri (əfqan şeir və hekayələri). Bakı: Yazıçı, 1984, 176 səh. (şərikli)
Jozef Tiflisi, Vaqiati-Mir Veys və Şah Hüseyn (orta əsr). Bakı: Azərnəşr, 1992, 57 səh.
Y.T.Kruşinski. Xristian səyyahın tarixi. Bakı: Azərnəşr, 1993, 103 səh.
Məryəm Mirəhmədi. Səfəvilər dövründə din və dövlət. Bakı: Azərnəşr, 1997,


Tarix: 19.01.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Şairlər və Yazıçılar
loading...