Şurəddin Bahəddin oğlu Məmmədov, (28 fevral 1956-cı il, Kolagir, Bolnisi, Gürcüstan SSR) – Gürcüstan Milli Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü.Mündəricat
1 Təhsili
2 İş fəaliyyəti
3 Akademik üzvlüyü
4 Mükafatları
5 Önəmli əsərləri
Təhsili
Ali təhsil: Tbilisi Dövlət Pedaqoji İnstitutu 1977 (fərqlənmə ilə)
Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988
Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004
İş fəaliyyəti
Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984
Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006
Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997
Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004
Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011...
Akademik üzvlüyü
Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il.
Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011
Mükafatları
Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002
"Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004
"Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004
Önəmli əsərləri
a- Monoqrafiyaları
2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı
2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi
2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı
2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi
b- Elmi-publisistik-ədəbi kitabları
1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı
1995 * Paralanmış Borçalı. – Azərnəşr, 56 s. / Bakı
1997 * Gürcüstanın Xalq Artisti İbrahim İsfahanlı. – Ziya, 104 s. / Tbilisi
1997 * Alın Yazımız (Gürcüstan azərbaycanlılarının tarixi, mədəniyyəti). – Samşoblo, 104 s. / Tbilisi
1998 * Səhnə Ülfətimizdən. – Qarapapaq, 40 s. / Tbilisi
1998 * Borçalıda Sular Axar… (şeirlər) – Kolori, 64 s. / Tbilisi
2004 * Borçalı–Ahıska–Kars Ortaq Ədəbi Arealı. – Kolori, 64 s. / Tbilisi
2005 * Borçalı Aşıqları. – (ortaqlı müəllif), Nurlan, 364 s. / Bakı
2006 * Gürcüstan Azərbaycanlıları (statistik-bilgi kitabı). – Kolori, 112 s. /Tbilisi
2008 * Təcziye-yi Borçalı, Təlu və ətvəl-e Cumhuri Qərəpapaq = Paralanmış Borçalı, Qarapapaq Cümhuriyyəti. – 1386 hicri-şəmsi / Negde / İran (Farsca).
c- Hakimli jurnallarda elmi məqalələri (2000-ci ildən bəri)
2001 * Şair Zabit Kimdir? – Azərbaycan Milli Elmlər Akademiyası Xəbərləri, sayı 1–2, s. 87–92, Elm / Bakı
2001 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, İnkişafı. – Azərbaycan Araşdırmaları Jurnalı, Xəzər Universitəsi, il 4, sayı 3–4, s. 47–73 / Bakı
2001 * საქართველოში აზერბაიჯანული ლიტერატურის განვითარების საკითხები = Gürcüstanda Azərbaycan Ədəbiyyatının İnkişafı Məsələləri. – Tbilisi Dövlət Pedaqoji Universiteti Əsərləri, cild 9, s. 74–77 / Tbilisi
2002 * Azərbaycan Klassik Ədəbiyyatının Tiflis Nüsxələri. – Struktur-Semiotik Araşdırmalar, Azərbaycan Milli Elmlər Akademiyası, sayı 2, s. 11–18 / Bakı
2008 * 12. Yüzyıl Gürcü Şairi Şota Rustaveli ve Nevruz. – (ortaqlı müəllif), Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 1, s. 163–166 / Kars
2008 * Kars İslam Şurası'nın İlk Reisi Borçalılı Kepenekçi Emin Ağa – (ortaqlı müəllif), Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, Sayı 2, s. 165–180 / Kars
2009 * Aşık Şenlik Baba ve Borçalı. – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi, Yıl 1, Sayı 1, s. 27–36 / Konya
2009 * Gürcistan'da Aşıklık Geleneğinin Birincilleri. – TuranSAM, Yıl 1, Sayı 3, s. 66–73 / Konya
2009 * Ziya Borçalı və Onun Cönk-Beyazı. – (ortaqlı müəllif), TuranSAM, Yıl 1, Sayı 4, s. 63–71 / Konya
2010 * Azerbaycan Şiirinde Nevruz. – TuranSAM, Yıl 2, Sayı 5, s. 5–15 / Konya
2010 * Акакий Церетели о Мирзе Фетели Ахундзаде = Akaki Sereteli Mirzə Fətəli Axundzadə Haqqında. – Кавказ и Мир = Qafqaz və Dünya, sayı 8, s. 14–17 / Tbilisi
d- Elmi toplantılarda məruzələri
2000 * Borçalı Ədəbi Mühitində Dramaturgiya. – Azərbaycan–Avropa Ədəbi-Mədəni Əlaqələri Mərkəzi, Konfrans materialları, Tədqiqlər, s. 3–9 / Bakı
2005 * Borçalı Halk Şiirinde Milli Mücadele. – 1. Uluslar arası Halk Kültürü Sempozyumu / Erzurum
2007 * Sivas Terekemelerinin Ata Yurdu Borçalı Osmanlılar Yönetiminde. – Osmanlılar Döneminde Sivas Sempozyumu / Sivas
2008 * Gürcistan Türklerinin Kars'a ve Türkiye'nin Diğer Bölgelerine Göç Hereketleri. – (ortaqlı müəllif), 2. Uluslar arası Kafkasya Tarih Sempozyumu / Kars
2008 * Gürcistan Azeri Türkleri Ağzının Özelliklerine Dair. – 6. Uluslar arası Türk Dili Kurultayı / Ankara
2009 * 18. Yüzyıl Gürcü Yazarı S.-S. Orbeliani'nin Seyahatnamesinde İstanbul. – (ortaqlı müəllif), 7. Uluslar Arası Türk Kültürü Kongresi / Ankara
2010 * Leyli–Məcnun Süjeti Gürcü Ədəbiyyatında (Arxetip Konsepsiyası Baxımından). – Müqayisəli Ədəbiyyat və Mədəniyyət: Mədəniyyətlərdə və Ədəbiyyatlarda Arxetiplər Beynəlxalq Konfransı / Bakı
e- Elmi-ədəbi-populyar jurnallarda və məcmuələrdə araşdırma məqalələri
Azərbaycanda yayımlanan "Azərbaycan", "Ulduz", "Qobustan", "Prometey", "Çıraq", "Borçalı" vb, Gürcüstanda yayımlanan "Droşa" (Bayraq), "Qarapapaqlar", "Dədə Qorqud" vb, "Dan Ulduzu", "Çənlibel", "Ədəbi Gürcüstan" vb, Türkiyədə yayımlanan "Turansam", "Pirosmani", "Azerbaycan Kültür Dergisi", "Bizim Ahıska" vb jurnallarda və məcmuələrdə – toplam 47 məqalə.
f- Elektron elmi jurnallarda və Web səhifələrində araşdırma məqalələri
– 13 məqalə
Qeyd: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzetində də məqalələri dərc edilmişdir – toplam 300-dən çox məqalə.
Tarix: 19.01.2013 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 603 Bölmə: Şairlər və Yazıçılar