Rüstəmzadə Süleyman Əliabbas oğlu (Süleyman Rüstəm) — şair, dramaturq, ictimai xadim, 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950), II dərəcəli Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.
Poçt markası (2006).
Mündəricat
1 Həyatı
2 Kitabları
3 Yaradıcılığı
4 Filmoqrafiya
5 İstinadlar
6 Həmçinin bax
Həyatı
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1][2] kəndində anadan olmuşdur. ADU-nun şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSR biricni çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.
Kitabları
Ələmdən nəşəyə 1927
Addımlar 1930
Şairin səsi 1934
Ulduzlar 1934
Gecənin romantikası 1938
Ana ürəyi 1942
Ana və poçtalyon 1943
Gün o gün olsun ki... 1943
İki sahil 1954
Sülh nəğmələri 1951
Lirik şeirlər 1956
Bahar düşüncələri 1964
Qafurun qəlbi 1970
Günəşli sahillərdə 1963
Bir az da məhəbbətdən 1966
Durna (komediyalar) 1963
"Seçilmiş əsərləri" (4 1969-1972
Könül 1970
Günəşli yollarda 1972
Xəzərimin səhəri 1976
Ürəyimin gözüylə 1977
Mənim günəşim 1980
Cənub həsrəti 1982
Ürək döyüntüləri (şeirlər) 1984
Təbrizim (şeirlər və poemalar) 1986
Azərbaycana gəlsin (şeirlər) 1988
Yaradıcılığı
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Qəzəl janrına meyl göstərirdi.
Filmoqrafiya
Qanlı zəmi (film, 1985)
Tarix: 19.01.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Şairlər və Yazıçılar