Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Növrəs İman

Növrəs İman - (d.13 may, 1903, Göyçə, Ağkilsə - ö.1932, itkin) - ustad şair, aşıq, el nəğməkarı[1].Mündəricat
1 Həyatı
2 Kitabları
3 Şəcərəsi
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.

İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O , gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.

Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o ,xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.

Kitabları
"Növrəs İman" (toplayanı: İslam Ələsgər) Bakı, 2004.

Şəcərəsi
Heydər
Əbdüləzim
Təhməz
Talıbxan
Allahverdi
Alməmməd
Məşədi Saleh
Növrəs İman


Tarix: 17.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Şairlər və Yazıçılar
loading...