Xaqani Neyman oğlu İsmayıl (d.25 oktyabr, 1962) — Azərbaycan və Ukrayna ictimai-siyasi xadimi, şair, yazıçı, dramaturq, tarixi araşdırmaçı və publisit.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi [1]
2003-cü ildən "31 Mart" Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının Başqanı,
2009-ci ildən Pakistan-Azərbaycan Əlaqələri Cəmiyyətinin Sədri,
Həyatı
Xaqani Neyman oğlu İsmayıl 25 oktyabr 1962-ci ildə Ermənistan SSR-in (tarixi Dağ Borçalı bölgəsi) Varontsovkanın Qaraqala kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlığı Qaraqala kəndində keçib. Atası İsmayılov Neyman Süleyman oğlu Ermənistan SSr-də tanınmış pedaqoq olub və uzun müddət Qaraqala kənd Səkkizillik məktəbinin müdiri işləyib. Anası Osmanova Gülarə Məhəmməd qızı ixtisasca həkim olub və Qaraqala kənd Tibb məntəqəsinin Baş həkimi kimi çalışıb.
Təhsili
1969-1976-cı illərdə Ermənistan SSR. Kalinino rayonu Qaraqala kənd Səkkizillik orta məktəbində təhsil alıb.
1977-ci illdə Gürcüstan SSR, Dmanisi rayonu, Muğanlı kənd orta məktəbinin 8-ci sinifini bitirib.
1979-cu ildə Bakı 1-saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü Məktəbini bitirib.
1979-cu ildə Azərbaycan SSR Riyaziyyat üzrə Ümumrespublika Riyaziyyat Olimpiyadasında 1-ci yeri tutmuşdur.
1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin başa vurub.
Tarix: 16.01.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Şairlər və Yazıçılar