Söhrab Tahir – Azərbaycanın xalq şairi, nasir, publisist.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Haqqında olan ədəbiyyat
5 Xarici Keçidlər
6 Həmçinin Bax
Həyatı
Tahiri Şöhrab Əbülfəz oğlu (Söhrab Tahir) 1926-ci il avqustun 6-da Cənubi Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946- cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filalogiya fakultəsində təhsil almışdır. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalının redaktoru olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin , "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyat təbliğat bürosu idarə heyətinin sədri təyin olunmuşdur. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif olunmuşdur.
Yaradıcılığı
Əsərləri
1.Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.
2.Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.
3.Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.
4.Lirika. Bakı: Azərbaycan Respublikası "Kitab" cəmiyyəti, 1992, 85 s.
5.Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.
Haqqında olan ədəbiyyat
1.Arzumanlı V. 75 yaşın pillələri (Söhrab Tahir-75. Ömürdən yarpaqlar). Bakı: Qartal, 2001, 378 s.
2.Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı kitabı haqqında). "Kommunist", 1982, 22 avqust.
3.Duyğun R. Mübariz poeziya (Şair Söhrab Tahir haqqında). "Bakı", 1986, 7 iyun.
4.Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin məslək və tale yoludur (esse). "Yeni Azərbaycan", 2001, 21 aprel.
5.Mütəllibov T. Yaş artıqca gəncləşən ürək (Şair S.Tahir haqqında). "Azərbaycan gəncləri", 1986, 26 iyul.
Tarix: 19.01.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 531 Bölmə: Şairlər və Yazıçılar