Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid Faxralı

Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili.

Həyatı

Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub.

25 kitabın, 4 sənədli filmin müəllifidir.

"Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır.

Kitablari
Gözümdə hönkürür bir dəli sevda.
Zaman, biz və kişiliyimiz.
Qürbət ağrısı.
Könlüm cənnət qapısıdır.
Ömrün üfüqləri.
Tonqal yerində çiçək.
Ziyarətin hikməti.
Müharibə nə vaxt qurtaracaq.
Diqqət, diqqət.
Örmeşendən Berlinədək.
Oğuz eli Faxralı.
Goranboy əməliyyatı.
Seçilmiş əsərləri (3 cilddə)


Tarix: 17.01.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Şairlər və Yazıçılar
loading...