Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsiman Yaqublu

Yaqublu Nəsiman Qara oğlu — azərbaycanlı tarixçi, tarix elmləri namizədi.

Həyatı

Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır. Tarix elmləri namizədidir.

KitablarıCildKitabın adıŞəhərNəşriyyatİlSəhifəISBN
Məmməd Əmin RəsulzadəBakı1991
Xocalı qırğınıBakıAzərnəşr1992128
Azərbaycan Milli İstiqlal Mübarizəsi
və Məhəmməd Əmin RəsulzadəBakı2001154
Azərbaycan legionerləriBakıÇıraq2005332
Azərbaycan-Polşa əlaqələrində
M.Ə.Rəsulzadənin roluBakıAdiloğlu2007212ISBN 978-9952-25-052-7
Əbdürrəhman Fətəlibəyli-DüdənginskiBakıAdiloğlu2008262ISBN 978-9952-25-081-7
Bakının qurtuluşuBakıAdiloğlu2008256
Türkiyənin azərbaycanlılara
müstəqillik mücadiləsində dəstəyiBakıAbşeronnəşr2009196ISBN 978-9952-8004-5-6
Azərbaycanda yaşayan milli azlıqların nəşrləriBakıElm və Təhsil201096ISBN 978-9952-8024-2-9
"Kaspi" qəzetinin yaranması və fəaliyyətiBakıQanun2011216
Azərbaycan mühacirət irsiBakıElm və təhsil2011232ISBN 978-9952-8142-3-1
Xocalı soyqırımıBakıElm və təhsil2012185ISBN


Tarix: 17.01.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 604 Bölmə: Şairlər və Yazıçılar
loading...