Səlim Babullaoğlu — şair, tərcüməçi, esseist.
Həyatı
Səlim Babullaoğlu 1972-ci ildə anadan olub. Onun tərcüməsində Orxan Vəlinin bütün şerləri (Türkiyə şairləri; 2005-ci ildə kitab şəklində), Sergey Yesenin, Mandelştam, İosif Brodski, Çeslav Miloş (2006-ci ildə kitab şəkilində) və Audenin şerləri tərcümə blokları şəklində nəşr olunmuşdur. "Tənha" adlı ilk şerlər toplusu 1996–cı ildə işiq üzü görüb. 2006-cı ildə Türkiyədə "İyunda oxunan nəğmələr" ("Haziranda okunan nağmeler") adlı şerlər kitabı, 2007-ci ildə isə Polşada, polyak dilinə çevrilmiş şerlər kitabı nəşr olunub. "Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur "Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülmüşdür; şerləri rus, ingilis, polyak, özbək, gürcü dillərinə çevrilmiş və çap olunmuşdur.
Dünya Ədəbiyyatı dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun üzvüdür.
Tarix: 19.01.2013 / 15:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Şairlər və Yazıçılar