Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlham Rəhimli

Rəhimli İlham Əziz oğlu (d. 8 sentyabr, 1949)- teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor.

Həyatı

İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatlarıı laureatıdır.

1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Sənətşünaslıq doktoru və professorudur.

Əsərləri
1. Sənət vurğunu (SSRİ xalq artisti İsmayıl Dagıstanlı barədə monoqrafiya). - Bakı, "Bilik", 1978-ci il. 114 səhifə.
2. Ağasadıq Gəraybəyli. - Bakı, "Yazıçı", 1979. 142 səhifə.
3. Səhnə. Ekran. Müasirlik. - Bakı, "Yazıçı", 1980. 108 səhifə.
4. Dramaturgiya və teatr.- Bakı, "İşıq", 1984. 146 səhifə.
5. Habil kaman (xalq artisti Habil Əliyev barədə monoqrafiya). - Bakı, "İşıq", 1987. 88 səhifə.
6. Rəssam Hafiz Zeynalov səhifə. - Bakı, "İşıq", 1987, 116 səhifə.
7. Sənət yolu, sənətkar ömrü. - Bakı, "Yazıçı", 1988. 224 səhifə.
8. Səyavuş Aslan. - Bakı, "İşıq", 1989. 94 səhifə.
9. Səttar dünyası (rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığı). - Bakı, "İşıq", 1990. 1972 səhifə.
10. Sənətdə keçən ömür (Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu və Səyavuş Aslan haqqında monoqrafiyalar toplusu). - Bakı, "Gənclik", 1992. 326 səhifə.
11. Segah yanğısı (xalq artisti,xanəndə Arif Babayev haqqında monoqrafiya). - Bakı, "İşıq", 1991. 158 səhifə.
12. Aktyor ömrünün dolayları. - Bakı, "İsmayıl", 1998. 142 səhifə.
13. Füzuli meydanında sənət məbədi (Akademik Milli Dram Teatrının yaradıcılıq yolu). - Bakı, "Sabah", 1996. 166 səhifə.
14. Aktyora oxşamayan adam (Həsən Turabov haqqında monoqrafiya). - Bakı, "Günəş", 2000. 354 səhifə.
15. Akademik Milli Dram Teatrı (iki cilddə) 1-ci cild. - Bakı, "Qapp-Poliqraf", 2002. 440 səhifə.
16. Akademik Milli Dram Teatrı (iki cilddə) 2-ci cild. - Bakı, "Qapp-Poliqraf", 2002. 464 səhifə.
17. Səhnəmizin fədailəri (birinci kitab). - Bakı, "Qapp-Poliqraf", 2002. 302 səhifə.
18. Xalq oyun-tamaşaları. - Bakı, "Qapp-Poliqraf", 2002. 238 səhifə.
19. Sumqayıt Dövlət Musiqili Dram Teatrı. - Bakı, "Qapp-Poliqraf", 2002. 126 səhifə.
20. Azərbaycan milli teatrının poetikası. - Bakı, "Qapp-Poliqraf", 2002. 224 səhifə.
21. Azərbaycan Dövlət Kukla Teatrı. - Bakı, "Nağıl evi", 2002. 208 səhifə.
22. Aşqabad Dövlət Azərbaycan Teatrı. - Bakı, "Qapp-Poliqraf", 2002. 168 səhifə.
23. Üç əsrin yüz otuz ili (milli teatrımızın inkişaf yolu və bu günü). - Bakı, "Qapp-Poliqraf", 2003. 262 səhifə.
24.Həzin ömrün nağılı (Bəşir Səfəroğlunun yaradıcılığı). - Bakı, "Çaşıoğlu", 2004. 126 səhifə.
25. Kəsişən paralellər (Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2004. 308 səhifə.
26. Kəsişən paralellər (Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya. Rus dilində). - Bakı, "Çaşıoğlu", 2004. 270 səhifə.
27. Bakı Türk İşçi Teatrı. - Bakı, "Elm", 2004. 186 səhifə.
28. Azərbaycan teatr dünyası (Azərbaycan,rus və ingilis dillərində). - Bakı, 2004. 88 səhifə.
29. Azərbaycan teatrının estetik prinsipləri (dərslik). - Bakı, "Çaşıoğlu", 2004. 280 səhifə.
30. Səhnəsiz gülüş. - Bakı, "Çaşıoğlu", 2004. 268 səhifə.
31. Azərbaycan teatr tarixi (Dərslik). - Bakı, "Çaşıoğlu", 2005. 862 səhifə.
32. Təbriz Azərbaycan Teatrı. - Bakı, "Çaşıoğlu", 2005. 156 səhifə.
33. Barat Şəkinskaya. - Bakı, "Tutu", 2005. 150 səhifə.
34. Səhnə sehrinin sirdaşı (Amaliya Pənahova haqqında monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2005. 334 səhifə.
35. Qəlbin hərarət işığı(Rəhilə Cabbarova haqqında monoqrafiya). - Bakı, "Elm", 2007. 170 səhifə.
36. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. - Bakı, "E.L.", 2007. 328 səhifə.
37. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. (Rus dilində). - Bakı, "E.L.", 2007. 112 səhifə.
38. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. - Bakı, "E.L.", 2007. 108 səhifə.
39. Seçilmiş məqalələr. - Bakı, "Çaşıoğlu", 2008. 522 səhifə.
40. Qırx ilin sənət naxışları (Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı). - Bakı, "Aspoliqraf", 2008. 208 səhifə.
41. Naxçıvan teatrı (Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı. Kitab Cəlil Vəzirovla birlikdə yazılıb). - Bakı, "Aspoliqraf", 2008. 352 səhifə.
42. Azərbaycan Dövlət Opera və Balet Teatrı. - Bakı, "Nağıl evi", 2008. 376 səhifə.
43. Məram: Məbədə doğru gedən yol (Mir Cəlalın yaradıcılığının səhnə həyatı). - Bakı, "Çaşıoğlu", 2009. 384 səhifə.
44. Zaman zaman içində (Vaqif İbrahimoğlu haqqında monoqrafiya). - Bakı, "Mütərcim", 2010. 512 səhifə.
45. Səhnədə ucalan əzəmət (İbrahim Həmzəyev haqqında monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2010. 488 səhifə.
46. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Kukla Teatrı. 1-ci kitab. - Bakı, Təhsil, 2011. 168 səhifə.
47. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Kukla Teatrı. 2-ci kitab. - Bakı, Təhsil, 2011. 168 səhifə.
48. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Rus Dram Teatrı. 3-cü kitab. - Bakı, Təhsil, 2011. 168 səhifə.
49. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Heydər Əliyev Sarayı. 4-cü kitab. - Bakı, Təhsil, 2011. 168 səhifə.
50. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. 5-ci kitab. - Bakı, Təhsil, 2011. 168 səhifə.
51. Azərbaycan Teatrı. 4 cilddə.Birinci kitab: Zamanın içində sayrışan tarix. - Bakı, "Çaşıoğlu", 2011. 320 səhifə.
52. Azərbaycan Teatrı. 4 cilddə.İkinci kitab: Sənətdə təkamül və tərəqqi. - Bakı, "Çaşıoğlu", 2011. 320 səhifə.
53. Azərbaycan Teatrı. 4 cilddə.Üçüncü kitab: Yetkinlik çağlarının sənət sorağı. - Bakı, "Çaşıoğlu", 2011. 320 səhifə.
54. Azərbaycan Teatrı. 4 cilddə.Dördüncü kitab: Dünəndən sabaha körpü salanlar. - Bakı, "Çaşıoğlu", 2011. 320 səhifə.
55. Zahiri sakitliyin daxili çılğınlığı" (Zərnigar Ağakişiyeva haqında monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2011. 208 səhifə.
56. Yaşadan əbədi Yaşar (Yaşar Nuriyev haqında monoqrafiya). - Bakı,Apostrof, 2012. 256 səhifə.

Filmoqrafiya
"İsmayıl Dağıstanlı". (1978).
"Eksperiment". (1984).
"Habil Kaman". (1984).
"Biz Qayıdacağıq". (2007. I seriya).
"Biz Qayıdacağıq". (2007. II seriya).
"Yorulmamışam" (Rövşən Behcət haqqında. 2007).
"Aktyorlar və rollar". (Portret janrında səhnə ustaları haqqında silsilə televiziya verilişləri. 1972 - 1989 AzTV-də).
"Yeni Tamaşalar". (Silsilə televiziya verilişləri. 1973 - 1989. AzTV-də).
"Ekran, Kino, Yeniliklər". (Silsilə televiziya verilişləri. 1974 - 1979. AzTV-də).
"Səhnə üçün doğulmuşlar". (Silsilə televiziya verilişləri. 1974 - 1989. AzTV-də).
"Tamaşalar. Aktyorlar. Rollar". (Silsilə televiziya verilişləri. 1975 - 1991. AzTV-də).
"Sənət adamları". (Portret janrında incəsənət xadimləri haqqında silsilə televiziya verilişləri. 1972 - 2010. AzTV-də).
"Ziyalının iş otağı". (Silsilə televiziya verilişləri. 2005 - 2006. "Space" telekanalı).
"Kinoklub". (Silsilə televiza verilişləri. 2007 - 2008. AzTV-də).
"Bir ünvan, milyon mənzil".(Silsilə televiziya verilişləri. 2008 - 2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
"Sərbəst söhbət". (Silsilə televiziya verilişləri. 2009 - 2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
"Teatr". (Silsilə televiziya verilişləri. 2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
Evləri göydələn yar (film, 2010)
Ləyaqət hücrəsi (film, 2011)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Yaşadan, yaşayan Yaşar (film, 2012)


Tarix: 16.01.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1054 Bölmə: Şairlər və Yazıçılar
loading...