Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dolça bitkisi

İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı ətyeyən Dolça bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki dolçanın ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir.

New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və iş yoldaşları bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçirdilər. (New Phytologist (156, 479–489; 2002) Tədqiqatçılar bu çalışmalarında uçma qabiliyyəti olmayan bir növ meyvə ağcaqanadı ilə qarışqaları istifadə etdilər. Bu iki canlı normalda səthlərə çox təsirli bir şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilmədilər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm mayesinin olduğu hissəyə düşərək bitkiyə qida oldular.





Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların bal mumuna bənzər bir maddəylə örtülü olduğunu kəşf etdilər. Normalda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu bal mumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğu ortaya çıxdı. Meyvə ağcaqanadı və ya qarışqa ilk əvvəl möhkəm bir səth kimi görünən bal mumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi.

Şüuru və qərar vermə qabiliyyəti olmayan bir bitkinin digər bitkilərdən fərqli olaraq ətyeyən olmağa qərar verməsi, bunun üçün də dolça şəklinə girə bilməsi mümkün deyil. Eyni şəkildə ağcaqanadların ayaqlarındakı yapışqan sistemi araşdırıb onları öz içinə salacaq mumu hazırlaya bilməsi və böcəyin tam düşəcəyi yerdə həzm mayesi yarada bilməsi də mümkün deyil.

Dolça bitkisinin özünə yaxınlaşan canlıları ustalıqla tuta bilməsi və bunları tutmaq üçün sahib olduğu möhtəşəm dizayn sonsuz güc sahibi Rəbbimizin üstün yaratmasının göstəricilərindən yalnız biridir: «Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır» (Bəqərə surəsi, 164).


Tarix: 10.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...