Xüsusiyyətləri: Vətəni Hindistan və Malaysiada olan bitki 150 santimetrə qədər boylana bilən yarpaqları mizraq formasında iti uclu və darçın qoxulu bir bitkidir. Bir arada olan çiçəkləri turuncu və sarı rəngdədir. Bitkinin istifadə edilən hissəsi əsas kökləridir. Həm ədviyyat, həm də sağlamlıq sahəsində dünyanın ən əhəmiyyətli bitkilərindən biridir. Hindistan dünyanın ən böyük zəncəfil istehsalçısıdır.
Göstərişi olan Xəstəliklər: Mədə ağrısında və mədə bulıantısına qarşı təsirlidir. İştah açar, mədə və bağırsaqlardakı qazı aradan qaldırır. İshalı kəsir, bağırsaq pozğunluğunu aradan dəf edir.
Soyuq dəyməni tez sağaldar. Bədənin və zehnin gücünü artırar, səsi açar, spermanı artırar. Xolesterini azaldır, qan təzyiqini aşağı salır. Qışın soyuq günlərində tez-tez tutulduğumuz soyuqdəymə, qrip kimi narahatlıqları ən yaxşı müalicə edən və qarşısını alan təbii məhsullardan biridir. Ürək bulanması, şişkinlik və kolit kimi həzm problemlərinə qarşı müvəffəqiyyətlə istifadə edilə bilər. Antiseptik təsiri sayəsində, mədə və bağırsaq infeksiyalarına, hətta zəhərlənmələrə qarşı istifadə edilə bilər. Qan dövranını və böyrəkləri xəbərdar edər və beləcə qanın səthi bölgələrə də rahatca çatmasını təmin edər. Tərlədici və hərarəti aşağı salma təsirləri vardır. Qəbizliyə qarşı istifadə edilə bilər.
Zəncəfil yağı: Qurd ya soxulcan tökücü olaraq istifadə edilən zəncəfil yağı oynaq ağrılarda masaj etmək üçün istifadə edilər. 20 gün boyunca hər səhər bir xörək qaşığı aç qarnına içilməlidir.
İstifadə şəkli və dozası: Bitki mənşəli çay olaraq istifadə edilər. Zəncəfil tozu və ya dilimlənmiş kök parçalardan 1 çay qaşığı 1 stəkan suya tökülür Qaynama vaxtına qədər isidilir. Sonra vam odda 10 dəqiqəyə qədər daha qaynadılar və içərisinə bir çay qaşığı bal qatılır tam həll olur, sonra yeməklərdən əvvəl çay kimi içilər.
Əks göstərişləri: Bilinən ciddi bir əks təsiri yoxdur.
Tarix: 07.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər