Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Püstə

Püstə iydə - Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir.

10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilır.

Püstə ağacı xüsusən Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, ən məhsuldar və faydalı bitki kimi istifadə edilirdi.

Püstə çox yaraşıqlı ağacdır. Onun açıq-boz rəngli qabıqla örtülmüş, qol-budaqlı gövdəsi və tək-tək düzülmüş lələyə bənzər qalın qabıqlı yarpaqları vardır.

Yarpaqlarının üst hissəsi parlaqdır. Çiçəkləri isə yarpağının qoltuğunda yerləşir. Püstənin meyvələri xüsusilə nəzəri cəlb edir. Meyvəsinin rəngi yaşıl-bənövşəyidir, xoşa gələn şirintəhər dada və qatranabənzər ətirli iyə malikdir.

Abşeronda püstə ağacı aprel-may aylarında çiçək açır, meyvələri avqust-sentyabrda yetişir. Meyvəsinin tərkibində 45 % əla keyfiyyətli piyli yağ, 24 % zülal və 6-7 % şəkər vardır. Meyvəsinin qabıq hissəsində isə cüzi miqdarda efir yağı, karotinoidlər, müxtəlif vitaminlər, şəkər və üzvi turşular olur.

Püstə və onun yağı mədə-bağırsaq, ateroskleroz və qaraciyər xəstəliyinə tutulan şəxslər üçün xeyirlidir. Püstə ağacının yarpaqları, xüsusən boyaq maddəsi kimi çox qiymətlidir. Bu yarpaqlardan alınan boyaq toxuculuqda ipək və qumaş parçaların, eləcə də xalça iplərinin ən gözəl boyağı hesab olunur.

Püstə ağacı quraqlığa davamlı, son dərəcə məhsuldar və faydalı bitkidir. Onun zəngin qol-budaqlı gövdəsi var. Bu ağac qış fəslində də yaxşı qalır, təravətini itirmir. Püstə eyni zamanda qatran və aşı maddələrilə də zəngin bitkidir. Onun bu cəhətdən çox mühüm təsərrüfat əhəmiyyəti vardır.

Püstənin tibbi əhəmiyyəti

Püstə bir qida maddəsi kimi bədənə istilik və quruluq verir, cinsi fəaliyyəti qüvvətləndirir, qaraciyər keçilməzliyi üçün faydalıdır, təmiz qan yaradır, bədəni kökəldir, mədə ağzını möhkəmləndirir. Mədə üçün xüsusilə onun tumunu daxili nazik qabığı ilə yemək xeyirlidir. Qaraciyər ağrısı, xroniki öskürək, ürək döyüntüsü, böyrək zəifliyi, sarılıq və dalaq xəstəlikləri üçün faydalı hesab olunur, ürəyi və hafizəni möhkəmləndirir. İsti məcazlı adamlarda baş ağrısı törədir, bu vəziyyəti islah etmək üçün sirkə, turşu və soyuqluq gətirən meyvə yemək məsləhət görülür.

Əziz oxucular! Allahın bəxş etdiyi təbii bitkilərdən kimyəvi dərmanlara möhtac qalmazdan öncə yararlanın! Allah bu imkanlardan istifadə edə bilməniz üçün sizə bol ruzi nəsib etsin!


Tarix: 07.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 807 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...