Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvələrin insana xeyri

Əncir
Əncir gücü artırır. Yüksək qan təzyiqini azaldır.Sümük möhkəmliyini artırır.
Çiyələk
Strese xeyr edir, sakitləşdirici təsiri vardır, siqaret tüstüsünün təsirini azaldır. Siqaret çəkilən bir otaqdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.
Banan
Ürəyə və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır.Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir.
Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur, Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.
Üzüm
Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri təmizləyər.Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yenilənir. Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.
Şaftalı
Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur, həzm sistemini düzgün işləməyinə kömək edir, həzmi asanlaşdırır.Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir.
Alma
Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir, soyuqdəyməyə və öskürəyə xeyirlidir. Həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır, qandakı şəkəri nəzarətdə saxlayır. Revmatizmaya kömək edir.


Tarix: 07.01.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 588 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...