Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şlis birləşməsi

Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.

Mündəricat
1 Növləri
2 Hazırlanması
3 Mərkəzləşdirilməsi
4 Mənbə
5 Həmçinin bax


Növləri

Dişlərinin profilinin formasından asılı olaraq şlislər:
düzbucaq profilli;
evolvent profilli;
üçbucaq profilli.

olurlar.

Hazırlanması

Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.



Mərkəzləşdirilməsi

Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir:
yan səthinə görə;
daxili diametrinə görə;
xarici diametrinə görə.


Tarix: 22.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...