Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur.
Təsnifatı
Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar.
Güc ötürmə üsuluna görə:
Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur.
Sadə ötürmələr, burada silindrik və konik dişli çarx tətbiq olunur.
Planetar, burada planetar ilişmə tətbiq olunur.
Hidromexaniki sürətlər qutusu, burada dişli çarx ötürməsi hidromexaniki ötürmə ilə kombinasiya olunur (hidromuftalar, hidrotransformatorlar).
Sadə sürətlər qutusu valların sayın görə də bölünürlər(bir vallı, iki vallı, üç vallı, eyni oxlu). Burada ötrmənin növündən asılı olaraq da fərq mövcuddur (hərkətli çarxlı, daimi iliş mədə olan, sinxronizatorların köməyi ilə ilişmə, friksion ilişmə).
Planetar sürətlər qutusunun aşağıdakı növləri mövcuddur:
İki sərbəstlik dərəcəsi malik olan,
Üç sərbəstlik dərəcəsi malik olan,
Dörd sərbəstlik dərəcəsi malik olan.
İdarəetmə üsuluna görə sürətlər qutusunun aşağıdakı növləri vardır:
Əl ilə sürəti dəyişmə
Mexaniki ötürmə, burada operatorun müdaxiləsi ilə dəyişmə baş verir.
Servoötürmə, burada operatorun müdaxiləsi ilə servoqurğu əsas işi yerinə yetirir. Enerjinin çevrilmə üsulundan asılı olaraq servoötüremələr hidravlik, mexaniki, elektrik, vakuum və s. olurlar. Avtomobillərdə hidravlik sistemlər geniş tətbiq olunurlar.
Avtomatk sürətlər qutusu operatorun müdaxiləsi olmadan düşən yükün təsirindən özü dövrlər sayını tənzimləyir.
Tarix: 22.03.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari