Bakı Banklararası Valyuta Birjası (BBVB)1993 -cü ilin 26 iyul tarixində Azərbaycanda valyuta birjasının yaradılması səyini ölkənin Milli Bankı və dövlət kredit idarələri – Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları öz üzərlərinə götürmüşlər. Maliyyə sisteminin əsas hissəsinə çevrilən BBVB öz fəaliyyətinin başlanğıcında valyuta bazarının mütəşəkkil şəkildə formalaşdırılması məqsədini güdmüşdür. Gələcəkdə maliyyə xidmətləri spektrinin genişlənməsi birja meydanının formalaşmasının universal prinsipini qabaqcadan müəyyən etmişdir. BBVB və onun səhmdarlarının öncə həyata keçirdiyi proyektlər arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqraz vərəqələri emissiyalarının müraciətinin xidmət olunmasını, səhmlər bazarı sektorunda ilk razılaşmaların təşkil olunması, qiymətli kağızlar Depozitariyasının yaradılması, fond bazarında mühasibat uçotu əməliyyat standartlarının təsdiqlənməsini, Listinq üzrə xüsusi kommisiyanın yaradılmasını, ilk banklararası kredit hərraclarını, həmçinin universal ticarət-hesablaşma birja kompleksinin işə salınmasını qeyd etmək olar. 2001-ci ildə birja tərəfindən buraxılmış və Qafqazda ilk birja ticarət sistemi olmuş “BEST” informasiya-ticarət sisteminin sonuncu nümunəsidir.
Tarix: 19.03.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari