Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M16

M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.Mündəricat
1 İstehsal tarixi
2 İlk istifadəsi
3 Variantlar
3.1 Xarici varinatlar
4 İstifadə edən ölkələr
5 İstinadlar
6 Xarici keçidlər


İstehsal tarixi

ABŞ Müdafiə Nazirliyinin 1940-1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.

1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-ın Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildə ABŞ-da ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

İlk istifadəsi

M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu. Amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

Variantlar
M16 - silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
M16A1 - M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967-1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
M16A2 - M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
M16A3 - M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
M16A4 - M16A2-nin variantı.
M4 - M16A2-nin qısaldılmış variantı.
M4A1 - M4-ün fasiləsiz atəş rejimli variantı.

Xarici varinatlar
Diemaco C7/C8 - M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
Daewoo K1/Daewoo K2 - M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
CQ 5,56 və DIO S-5,56 - M16A1-in lisenziyasız variantı. İran və Çinə satış üçün nəzərdə tutulmuşdur.
HK 416 - M4-ün Alman varinatı.
Khaybar KH 2002 - M16-nın İran variantı.
Type 65 və Type 86/91 - M16 və M4-ün Tayvan variantı.


Tarix: 20.03.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...