Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MiQ-21

MiG-21 (Rusça: Микоян и Гуревич МиГ-21) (NATO kod adı: "Fishbed") SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uşuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur.

Mündəricat
1 Texniki xüsusiyyətləri
2 Performans
3 Silah təchizatı
4 Xarici keçidlər


Texniki xüsusiyyətləri
Ekipaj: 1
Uzunluq: 15.76 m (51 ft 8.47 in
Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
Hündürlük: 4.1 m (13 ft 5.41 in)
Qanadların sahəsi: 23.0 m2 (247.3 ft2)
Boş halda ağırlığı: 4,871 kg (10,738 lb)
Dolu halda ağırlığı: 7,100 kg (15,650 lb)
Mühərrik: 1 × Tumanskiy R11F-300, normal itələmə gücü 37.27 kN (8,380 lbf), afterburner-ilə itələmə gücü 56.27 kN (12,650 lbf)

Performans
Maksimum sürət: 2,175 km/s (1,350 mph) Mach 2.05
Uçuş məsafəsi: 1,580 km (981 mil)
Uçuş hündürlüyü: 19,000 m (62,335 ft)

Silah təchizatı
1 ədəd 30 mm top
AAM(Hava Hava) vəzifələri üçün: AA-2,AA-8 mərmilərini istifadə etməkdədir.
AGM (Hava Yer/yeyər) vəzifələri üçün: Yer/yeyər vəzifələri üçün müxtəlif bomba və roket podları


Tarix: 20.03.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...