Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avro

Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) - Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. 17 ölkənin rəsmi pul vahidi: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi.

1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nəğd əskinaslar dövrəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi.

Avro Bölgəsi

Avro əskinasları
Almaniya
Avstriya
Belçika
Estoniya
Finlandiya
Fransa
Hollandiya
İrlandiya
İspaniya
İtaliya
Kipr
Lüksemburq
Malta
Portuqaliya
Sloveniya
Slovakiya
Yunanıstan


Tarix: 19.03.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...