Əsginaz — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi;
Milli valyuta əsginazlar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir.
Ən qədim əsginaz VIII əsrdə Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır.
Dünyada ən qədim məşhur banknotu
Çin: b.e 812-ci ili.
Kağız pullar
Kağız pullar- həqiqi pulların nümayəndəsidir. Onlar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir.
Azərbaycanda tədavül vasitəsini əsasən kağız pullar oynayır.
Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi.
Kağız pulla banknotun fərqi
Kağız pullar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir.
Kağız pullar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər.
Kağız pulları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir.
Tarix: 19.03.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari