Hiroskop (yunanca γυρο "fırlanmaq" və σκοπεω "baxmaq" sözlərindəndir) ətalət koordinat sisteminə əsasən orientasiya bucağını dəyişmə qabiliyyətinə malik qurğudur. Hiroskopun ən sadə forması uşaqlar üçün oyuncaq olan fırfıradır.
Onların növləri sərbəstlik dərəcəsindən asılı olaraq 2 və 3 dərəcəliyə bölünürlər. Bundan əlavə hiroskoplar bölünürlər:
Mexaniki və
Optik
İşləmə prinsipinə görə olurlar:
Bucaq sürətini ölçən vericilər,
Istiqamət göstəriciləri.
Xassələri
Hərəkətdə olan hiroskopa əgər xarici qüvvə təsir edərsə onda, o öz istiqamətini bu qüvvəyə uyğun deyil ona perpendikulyar istiqamətdə dəyişir. Nəticədə hiroskop təsir edən momentin oxuna perpendikulyar olan, belə adlanan ölçü oxu istiqamətində fırlanır. Bu xassə koriolis qüvvəsinin yaranması ilı bağlıdır.
Fırlanan hissələrin hiroskopik effekti materiyanın ətalətliyinə əsaslanır.
Hiroskopun hərəkətinin sadə formada tənliyi belədir:
,
burada və vektorları uyğun olaraq, hiroskopa təsir edən qüvvənin momenti və onun moment impulsudur, I skalyar kəmiyyəti — onun ətalət momentidir, və vektorları bucaq sürəti və bucaq təcilidir.
Buradan alınır ki, hiroskopun fırlanma oxuna və eyni zamanda ə perpendikulyar təsir edən moment qüvvəsi həm ə həm də ə perpendikulyar olaraq presesiyya halını yaradır. Bucaq sürəti onun moment impulsu və təsir edən qüvvənin momenti ilə hesablanır:
,
yəni hiroskopun fırlanması ilə əks mütənasibdir.
Tətbiq sahələri
Hiroskop avtomobillərdə və naviqasiya sistemlərində geniş tətbiq olunur.
Təyyarələrdə hiroskoplardan istifadə etməklə üfüqün vəziyyəti düzgün qiymətləndirmək üçün istifadə edilir. Bu təyyarənin vəziyyətindən asılı olmayaraq həmişə düzgün vəziyyəti göstərir.
Ballistik raketlərdə hiroskopun tətbiqi uçuş zamanı xarici təsirlərdən uçuş trayektoriyasından meyillənməsini ölçmək və onu korrektə etmək mümkün olur. İlk dəfə olaraq Verner fon Braun tərəfindən düzəltdilmiş V2 raketində tətbiq olunmuşdur.
Kosmosda aparatların vəziyyətini tənzim etmək üçün tətbiq olunur. Burada ətalət və reaktiv qüvvələrin təsirindən o özü tənzimlənir. Ən dəqiq hiroskipik cihaz 2004-cü ildə Gravity peyki üçün düzəldilmişdir.
Tarix: 21.03.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari