Xəncər - qısa ikitilli soyuq silah olub simmetrik dəstəyə malikdir. Bıçaqdan fərqi ondadır ki, onun iki tili vardır. Xəncərlər iki tilə malik olduqlarından onların kəsmə bucağı iki dəfə böyükdür buna görə də, nisbətən kütddür. Bu xassələri xəncərə kəsmək yox , ən çoxu deşmək üçün tətbiq olunmağa imkan verir. Digər tərəfdən xəncərlərin qalın olması onlara yüksək stabillik verir. Formasına görə xəncərlər iki qrupa bölünürlər: üşbucaq və yastı en kəsiyinə malik olanlar. Xəncərlərin uzunluğu 50 sm-ə qədər olur. Onlar silahı kimi yaxın məsafədən aparılan döyüşlərdə istifadə edilir.
Hələ qədim zamanlardan insanlar əlbəyaxa döyüşlərində özlərini qorumaq üçün belə silahdan istifadə etmişlər. İlk xəncərlər ağacdan və sümükdən hazırlanmışdır. Bir çox hallarda xəncər kimi heyvan buynuzlarından da istifadə olunurdu. Metal dövrü qədəm qoyandan xəncərlər misdən hazırlanmağa başlayır. Digərlərindən fərqli olaraq misdən hazırlanan xəncərlər yüksək kəsicilik qabiliyyətinə malik idilər. Misin metal kimi xassələrinin aşağı olması belə xəncərləri yalnız 20 sm-ə qədər düzəltməyə imkan verirdi. Sonralar dəmirin kəşfindən sonra xəncərlər dəmirdən azırlanmağa başlayır. Onlardan assuriyalılar, yunanlar və makedonoyalılar geniş istifadə etmişlər. XIX əsrdə Kavkaz xalqlarında xəncər ən geniş yayılmış silah idi. Onlar xəncəri hətta odlu silahla birlikdə gəzdirirdilər. Türk ordusunda da xəncər əsgərlərin standart silahına çevrilmişdir.
Tarix: 20.03.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari