Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnnovasiya

İnnovasiya fəaliyyəti iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsidir.

İnnovasiya — yüksək səmərələliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi.İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir.

«İnnovasiya» termin latın dilində «innovato» sözündən olub, «yenilənmə» və «yaxşılaşma» denəkdir.Termin elmi tədqiqatlarda XIX əsrlərdə meydana gəlib. «Iqtisadi innovasiya» anlayışı XX əsrin əvvəllərində Avstriya iqtisadçısı Yozef Şumpeterin «The Theory of Economic Development» (1934) əsərindən geniş içtimaiyyətə daxil oldu.

Mündəricat
1 İnnovasiya prosesinin mərhələləri
2 İnnovasiyaların növləri
3 Həmçinin bax
4 Mənbə


İnnovasiya prosesinin mərhələləri
Fundamental tədqiqatlar
Tətbiqi tədqiqatlar. Fundamental tədqiqatların (yeniliklərin) həyata keçirilmə imkanılarını araşdıran tədqqiqatlardı.
İşləmələr. Həmin yeni ideyanın maddi təzahür formasını hazırlamaq deməkdir.
Lahiyələşdirmə . Bu mərhələdə yeni qurğunun, cihazın, maşını və.s texnologiyanın texniki dildə təsviri həyata keçirilir. (Rəsmxət, düsturlar, hesablamalar, iqtisadi səmərəlik və s.)
Yeni məlumat və ya texnologtiyanın yaradılması, inşa edilməsi və s.
Yeni məlumatın sınaqdan keçirib mənimsənilməsi.
Praktiki , kütləvi, davamlı istehsal.
Marketinq - yeni məhsulun bazara çıxarılması və alıcıya çatdırılmassı
Satış və satışdan sonrakı xidmət. Bu innovasiya prosesi ayrı-ayrı fərdlərin və təşkilatların məşğul olduğu innovasiya fəaliyyətinin məzmununa daxildir.
İnovasiya tsikli. İnovasiya dövrü inovasiya prosesinin hər hansı bir qapalı məntiqə malik olan bir qismidir. Yəni bu dövrün əvvəlinin və axırının məntiqə bağlılığı var. Məsələn: Fundamental tədqiqatlar və tətbiqi tədqiqatların zənciri innovasiya dövrünü təşkil edir. Eyni zamanda fundamental tədqiqatlar və işləiələr. bunların üçüdə innovasiya tsiklini təşkil edir. Quraşdırma və istnehsalat bir tsikl təşkil edir.
Sınaq və satış. Sovet dövründə 70-80-ci illərdə elm istehsalat birlikləri yaradılmışdır və onlar tətbiqi tədqiqatlardan başlayaraq sonuncu satış mərhələsinə kimi innovasiya tsiklinin bütün mərhələlərini özündə birləşdirmişdir. Hal-hazırda Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən iri təşkilatlar var. Onlardan Ulduz sənaye birliyi azon, foto elektronika, kosmik tədqiqatlar mərkəzini göstərmək olar.

İnnovasiyaların növləri
Texnoloji
Ərzaq istehsalı
Təşkilati
Marketinq


Tarix: 19.03.2013 / 21:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...