Kagız təbəgəni birləşdirməklə emalın mahiyyəti ondan ibarətdir ki, üçölçülü modellər iki ölçülü kontur daxilində təbəqələrə bölünür və bu təbəqələr kontur boyu kəsildikdən sonra birləşdirilir. Yüksək keyfiyyətli model hazırlamaq üçün tətbiq olunan qatın qalınlığı çox kiçik olmalı və kontur boyu dəqiq kəsilməlidir. Ona görə də bu üsulun tətbiqində verilən qatın emalı artiq hazır qatın üzərində aparılır. Yəni ilkin qat hazır olduqdan sonra onun üzərinə ikinci qat yapişdırılır və sonra kontur boyu kəsilir. Bu üsul ümumi olaraq təbəqələri birləşdirməklə hissələrin hazırlanması-Layer Objekt Manufacturing (LOM) adlanır. Tətbiq olunan təbəqənin materialından asılı olaraq bu üsulu əsasən iki istiqamətə bölürlər: kağız və metal təbəqəni birləşdirməklə hazırlama.
LOM üsulu da başqa RP üsulları kimi modellərin qatbaqat hazırlanmasına əsaslanır. Təbəqələri birləşdirməklə hissələrin hazırlanma prosesinin ümumi iş prinsipi şəkil 5.19-də göstərilmişdir. Prosesin aparılması üçün tətbiq olunan qurğu verici və yığıcı diyircəklərdən, lazer başlığından, işçi platformadan və qızdırıcı diyircəkdən ibarətdir. Burada tətbiq olunan kağızın qalınlığı təxminən 0,1 mm həddində olur. Prosesin əvvəlində kağız lent şəklində verici diyircəkdə yığılır. Onun üst tərəfi hamar, aşağı tərəfi isə yapışqanla örtülmüş olur. Proses başlanmamışdan əvvəl hazırlıq işləri görülür: işçi platformanın üzərinə modelin hündürlüyündən asılı olaraq 8 mm qalınlığa qədər kağız təbəqə çəkilir. Bu təbəqə baza rolunu oynayır və x-y istiqamətlərində modelin ölçüsündən təxminən 20 mm böyük olmalıdır. Proses gedişində kağız təbəqə 330°C-ə qədər qızdırılmış diyircək vasitəsilə hazırlanmış baza səthə sıxılır və yapışdırılır. Hazır təbəqə CO2 lazer şüasının tətbiqi ilə öncə modelin ölçüsündən təxminən 20 mm böyük olan dördbucaqlı çərçivə kəsilir. Sonra kağız təbəqə modelin/hissənin verilmiş en kəsiyinə üyğun olaraq kontur boyunca kəsilir. Çərçivə ilə kontur arasında qalan boş səth lazerlə modelin ölçüsündən asılı olaraq 25x25 mm ölçüsündə dördbucaqlılara bölünür. Proses elə idarə edilir ki, z istiqamətindəki ölçüsündən asılı olaraq hazırlanan modelin ətrafında kublar əmələ gəlir. Dayaq rolunu oynayan bu kublar prosesin sonunda əl ilə kənarlaşdırılır.
LOM üsulunda birdəfəyə üst-üstə yapışdırılmış 4 kağız qatının kəsilməsi mümkündür. Bu, prosesin sürətini artırmasına baxmayaraq, dəqiqliyi aşağı salır. Yüksək dəqiqlik qoyulan modellərin hazırlanmasında hər bir təbəqəni ayrıca kəsmək məsləhət görülür. İlkin enkəsik hazır olduqdan sonra işçi platforma qatın qalınlığı qədər aşağı endirilir və kəsilmiş kağız lenti diyircəklərin vasitəsilə emal zonasından uzaqlaşdırılır. Verici diyircəkdən işçi zonaya yeni kağız təbəqə daxil olur. İkinci təbəqə işçi diyircəyin vasitəsilə qızdırılaraq artıq emal olunmuşun üzərinə yapişdirilir. Lazer başlıq növbəti qatın en kəsiyinə üyğun olaraq təbəqənin konturlarını kəsir. Beləliklə proses model/hissə tam hazır olana qədər təkrarlanır.
Tarix: 21.03.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari