Silah - insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə edilən alətdir.
Silah növləri
Silahlar iki yerə bölünürlər:soyuq və odlu.
Soyuq Silahlar
Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Odlu silahlara tapanca, avtomat, pulemyot, raket, top və s. daxildir.
Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan. Odlu silahların da iki növü vardır. Onlar yerinə yetirdikləri funksiyalara görə və xarakteristikalarına görə müxtəlif kateqoriyalara bölünürlər.
Silahlar həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.
Odlu silahlar
Mərmisi barıtın yanması ilə əmələ gələn təzyiq nəticəsində istiqamətlənmiş hərəkət edən və hədəfi məhv etmək qabiliyyətinə malik olan silaha odlu silah deyilir. Odlu silahlar özlüyündə iki qrupa bolunur: yivli və yivsiz. İlkin yaranmış odlu silahlar yivsiz idi. Yivlər silahın lüləsinin daxilində spiralvari halqalardir. Ballistikada bu halqalar arsındakı məsafə (diametr) kalibr (5.45; 7.62) adlanır. Yivlərin əhəmiyyəti nədir? Yivlər atəş zamanı mərminin fırlanmasına səbəb olur. Fırlanan mərmi isə daha cox məsafə qət edir, daha dəqiq olur və daha surətli hərəkət edir. Yivsiz odlu silaha misal olaraq ov tufenglərini göstərmək olar. Bütün döyüş silahları yivlidir.
Tarix: 20.03.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari