Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Fond Birjası

Bakı Fond Birjası (ing. Baku Stock Exchange — BSE) — Azərbaycanın əsas fond birjasıdır.

15 fevral 2000-ci il tarixində yaradılmışdır. Qapalı Səhmdar Cəmiyyətidir, səhmdarlar 19 hüquqi şəxslərdirlər. BFB-də 30 nəfərlik ticarət zalı var. Bu texniki cəhətdən istənilən növ qiymətli kağızların ticarəti ilə məşğul olmağa imkan yaradır. Burada eləcədə sənədli və sənədsiz formada olan qiymətli kağızların saxlanılması üçün nəzərdə tutulan xəzinə yerləşir.

Birjanın yaradıcıları 16 Azərbaycan bankı, İstanbul fond birjası və 2 maliyyə şirkəti oldular. Onların hər birinin ödədiyi məbləğ 60 000 AZN təşkil edirdi. Nizamnamə kapitalı 1.2 milyon manatdır.[1] 2012-ci ilin yanvar-may ayları ərzində birjanın dövriyyəsi 4,764 milyard manat təşkil edib.[2]

Təsisçilər

"Azərbaycan Beynəlxalq Bankı", "Interservis", "Kontinentbank", "Azəriqazbank", "Mars investment" şirkəti, "Mbank", "Global Securities", Kapital "İnvestmentbank", "DəmirBank", "Koçbank", "Most-bank Azərbaycan!", "Ege International Bank — Baku", "BayBank", "Rotabank", "United Credit Bank", "Rabitəbank" və "Prominvestbank".


Tarix: 19.03.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...