Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Statoil

Statoil Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir.

Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir.

2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi. Statoil yaranacaq yeni şirkətin 67.3% səmhlərinə sahib olacaq. Şirkətin isə cox güman ki, StatoilHydro adlanacağı gözlənilir. Razılaşmnın 2007-ci ilin üçüncü rübündə əldə edilməsi gözlənilir. Əgər sözügedən sövdələşmə baş tutsa şirkət dünyanın ən böyük dəniz neft və qaz şirkəti olacaq.Mündəricat
1 Tarixi
2 Əməliyyatları
3 Statoil Azərbaycanda
4 Maraqlı
5 İstinadlar


Tarixi

Statoil yanacaq doldurma məntəqəsi

Den Norske Stats Oljeselskap A/S 1972-ci il Norveç parlamentinin (Stortinget) qərarı ilə dövlətəməxsus məhdud özəl şirkət olaraq yaradıldı. Bu şirkətin yaradılmasında məqsəd Şimal dənizi şelfində yenicə forlamalaşmaqda olan neft-qaz sənayesində iştirak etmək və dünya neft sənayesində Norveçin maraqlarını qoruya biləcək yerli neft şirkətinin yaradılması idi. Statoildən yarandığı gündən etibarən parlamentə illik hesabat verməsi tələb olunrudu. 1973-cü ildə şirkət neft sənayesinə aktiv şəkildə qoşulur və ilkin səylər nəticəsində Rafnesdə emaledici müəssisələrin işlək vəziyyətət gətirilməsinə nail olunur. 1980-ci ildə isə Norsk Hydro ilə birgə Mongstada yeni neft emalı zavodunun tikilmısınə nail oldu. 1981-ci ildə isə ilk Norveç şirkəti olaraq Norveç kontinetal şelfində yerləşən Gulfaks yatağının işlədilməsinə dair hüquqlara yiyələnir. 1987-88-ci illərdə şirkət tarixinin baş icraedici rəhbəri Arve Yonsenin istefası ilə nəticələnəcək ən səs-küylü Mongstad adlanacaq qalmaqalını yaşayır.

2001-ci ildə şirkət özəlləşdirilir və məhdud məsulliyətlə müəssisə elan edilir. Nəticədə Statoil Oslo və Nyu-York fond birjlarında iştirak etmək hüquq qazanır. Həmin ildə şirkət adını Statoil ASA olaraq dəyişir.

Əməliyyatları

Gullfaks A

Statoil 60% ümumdaxil məhsul göstəricisi ilə Norveç kontinental şelfində fəaliyyət göstərən ən böyük əməliyyat şirkətidir. Norveç kontinetal şelfində Glitne, Gulfaks, Haydrun, Huldra, Kristin, Mikkel, Norne, Ormen Lange, Sleypner, Snorre, Snøhvit, Statfjord, Sygna, Tordis, Troll, Veslefrikk, Vigdis, Visund, Volve və Åsgard neft-qaz yataqlarını istismar etməkdədir. Bundan əlavə şirkətin Kolsnes, Kårstø, Mongstad Tjeldbergodden və Melkøyada emaletmə zavodları da var.

Dünya miqyasında isə Statoil Əlcəzair, Anqola, Azərbaycan, Braziliya, Çin, İran, Liviya, Nigeriya, Birləşmiş Ştatlar və Venesuelada fəaliyyət göstərir. Statoilin Belçika, Danimarka, Fransa və Almaniya kimi ölkələrdə emaletmə zavodları mövcuddur.

Statoil Norveç kontinental şelfindən Qərbi Avropaya yönələn Zeepipe, Statpipe, Europipe və Franpipe neft və qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişlərində də iştirak edib. Şirkətin London, Stamford, və Sinqapurda xam neft, emaledilmiş neft məhsuları və təbii qaz mayelərinin satışı üzrə ticarət offiskləri yerləşir.

Statoilin Danimarka, Estoniya, Latviya, Litva, Norveç, Polşa, Rusiya və İsveçdə, ümumilikdə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir.

2006-ci ildə isə şirkət atmosferə karbon qazı tullantılarının həcmini azaltmaq məqsədilə həyata keçiriləcək karbon qazının musadirəsi adlı dünyanın ən böyük layihəsinə cəlb edilir.

Statoil Azərbaycanda

Statoil Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli neft yatağı, Şahdəniz qaz-kondensat yatağı, eləcə də Alov, Araz və Şərq perspektivli strukturlarının axtarış, kəşfiyyat və işlənilməsində yaxından iştirak edir. Şirkət Bakı-Tbilis-Ceyhan neft kəmərinin çəkilməsində də iştirak etmiş Cənubi Qafqaz qaz xəttinin çəkilişində də maraqlıdır.

Maraqlı

2006-ci ilin 2 oktyabr tarixində müğənni Kati Melua Şimal dənizində Statoila məxsus Troll A platformasında suyun 303 metr dərinliyində konsert verməklə sualtında ən dərin konsert olmaqla Ginesin Rekordlar Kitabına düşür.


Tarix: 18.03.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...